Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


“Rəvan”ı kənarlaşdırıblar? Qərar verilib? - Müsahibə

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasda “danışılmış oyunlar”da adı hallanan “Rəvan”ı birinci diviziondan kənarlaşdırdığı, klubun futbolçularına isə azad agent statusu verməsi barədə məlumat vermişdik.

Məsələylə bağlı “Rəvan”ın idman müşaviri Füzuli Kələşovla əlaqə saxladıq. Füzuli bəy komandanın çempionatdan kənarlaşdırılması xəbərini bizdən eşitdiyini dedi:

- Salam, Füzuli bəy. “Rəvan”ın birinci diviziondan kənarlaşdırılması barədə nə deyə bilərsiz?
- “Rəvan”ı kənarlaşdırıblar?

- Bəli...
- Mən bir müddətdi işə getmirəm. Birinci dövrənin iki oyununa getdim, sonra getmədim. Heç oyunlara da baxmamışam. O qədər söz-söhbət yarandı ki, sonradan getməyə ehtiyac görmədim. Qərar verilib?

- Bəli, komanda çempionatdan kənarlaşdırılıb, oyunçulara da azad agent statusu verilib.
- Mövsümün əvvəlində səhhətim bir qədər yaxşı deyildi. Həm də gördüm ki, mənə ehtiyac yoxdu. İşlər gedirdi. Düzdü, indi də orda işləmiş sayılıram. Orda otağım da var. Əslində, biz Premyer Liqanı tərk etməli deyildik. Komandanın heyəti dağıldı, yeni heyət quruldu. Mən də sonradan işə getmək istəmədim. Ancaq komanda rəhbərliyiylə heç bir narazılığım yoxdu. Ümumiyyətlə, komandanı nəyə görə kənarlaşdırıblar?

- Danışılmış oyunlara görə. Komandanın iki futbolçusu - Elvin Əliyev (Füzuli bəyin oğlu) və Cəmşid Məhərrəmov da mövsümün sonuna kimi futboldan kənarlaşdırılıb.
- Axı onları AFFA-ya çağırıb danışmışdılar. Onlardan kömək istəmişdilər. İndi niyə belə qərar veriblər, bilmirəm. “Rəvan” rəhbərliyi həmişə bu cür şeylərə qarşı olub. Bu danışılmış oyunları eşitdikdən sonra mən də futboldan soyudum.

- Sizcə, futbolçulardan bəzisi bu cür oyunlarda iştirak edibsə, buna görə klubun cəzalanması nə dərəcədə düzgündü?
- Bilirsiz, futbolçu bu cür oyunlarda iştirak edirsə, cəza olmalıdı. Amma bunun üçün təkzibolunmaz sübutlar tapılmalıdı. Xaricdə bu cür oyunları illərlə tədqiq edirlər. UEFA-dan danışılmış oyunlarla bağlı AFFA-ya müraciət edilmişdi. Kimsə günahkar çıxarılmalıydı.

- Sizcə, “Rəvan”ı qurban verdilər?
- “Rəvan”ı çoxdan qurban veriblər. Biz heç Premyer Liqadan düşməli deyildik.

- Bu söz-söhbət çıxanda oyunçularla danışmışdız?
- Mən komandada deyildim axı. Belə şeyə heç vaxt imkan verməzdim. Heç klub rəhbərliyi də imkan verməz. Bilirsiz, hansısa futbolçu hansısa oyunda səhv edirsə, bu o demək deyil ki, o, həmin oyunu satıb. Futbolçunun zəif oynamasına bir neçə amil səbəb olur. Yaxşı məşq keçməməsi, zədədən yeni qayıtması və s. Bunu dərhal danışılmış oyuna bağlamaq düzgün deyil axı. Televiziyada futbola baxırıq, həmin oyunlardan da 10 dəfə bərbad səhvləri Super Liqada edirlər. Bunu uzun müddət araşdırmaq lazımdı. İndi də mətbuatda çıxır ki, 5 il əvvəl hansısa oyun danışılmış olub. Komissiyanın yaradılmasını dəstəkləyirəm. Sədr Rəmiş Malıyev mənə deyir ki, “mən mütəxəssis deyiləm”. Oyunçulardan hansısa səhv edən kimi oyun alqı-satqısında günahlandırmaq düzgün deyil. “26-lar”ı güllələyən kimi, hamını cəzalandırırlar. Bəlkə elə həmin oyunçuların günahı yoxdu. Bir də deyirəm, cəza olmalıdı. Amma bu cür şeylər sübut olunmalıdı. Şükür, indi belə şeylərə görə cinayət məsuliyyəti də var. Kim özünü belə riskə atar ki? Bu cür şeylər klublara da ziyandı. Belə şey sübut olunsa, klub rəhbərliyi özü oyunçuları elə həmin dəqiqə kənarlaşdırar.

Elnur Həmidov


 
tarix: 16-03-2017 13:24

 



Xəbərlər
27.05.2017
11:34 Ronaldo 6 milyon ödədi - Həbsdən yayınmaq üçün
10:39 İlk dəfə olacaq - Çempionlar Liqasının tarixində
10:12 Messi finalda “zebra” ilə oynayacaq - Foto
05:47 "Arsenal"da itki - Finalı buraxacaq
03:19 Bunun üçün əvvəlcə Messi və Ronaldonu öldürməliyəm - Balotelli
02:13 Milik və Zelinskiylə bağlı tələb - Heyətdən çıxarılsınlar!
01:38 “Mançester Siti”dən ilk transfer - Foto
01:03 Gözlənilən oldu - Millinin "sükan"ı ona həvalə edildi
00:56 Millimiz Ukraynaya da uduzdu
26.05.2017
22:12 “Transferdə yeganə problem onun porno ulduz olmaq istəməsidi”
21:16 Avroliqanın ən yaxşı qolu müəyyənləşdi - Video 
20:33 Ərdoğandan maraqlı göstəriş - ...yığışdırılsın!
19:12 Sneyder arzusuna çatdı - İbizada...
18:03 Millimizə Almaniyadan iki futbolçu çağırıldı
17:44 Futbolun gərəksiz olduğu görünür - Belə hadisədən sonra
17:23 Arda özündən çıxdı: “Sən Allahsan, kimisə mühakimə edirsən?”
17:09 Prandellinin yeni iş yeri bəlli oldu
16:37 Baş məşqçidən “Qarabağ”lıya dəvət
16:22 Zabaleta yeni klubu ilə müqavilə bağladı - Foto
16:08 Baş məşqçidən Neymarı məyus edəcək açıqlama
15:40 300 min qazanacaqlar - Çempion olsalar
15:21 Mourinyo 75 milyon tələb edir - “Real”dan
15:05 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
14:42 “Vest Hem” Gökhan Törəylə bağlı qərar verdi
14:23 Qattuzo “Milan”a qayıtdı
14:04 Kapello Mourinyoya ilişdi - MY darıxdırıcı komandadı
13:25 Podolskidən maraqlı paylaşım - Foto
12:49 Rəsmi: “Kəpəz” 3 legionerlə vidalaşdı
12:37 Prosineçkiylə bağlı iddia: Avstriyada “Bursaspor” rəsmiləriylə görüşür
12:26 “Qəbələ”: 11 komanda, 10 medal
12:19 AFFA klubların lisenziyalarını təqdim etdi
12:09 Xahiş etdi - Kömək edin, klubumu dəyişim
11:46 “Neftçi”nin müdafiəçisi milliyə çağırıldı
11:38 “Barsa”nın böyüklüyünün sübutudu - “Real”lıların hərəkəti
11:17 “Qəbələ” üçün “Dinamo”
11:04 CAR-ın baş məşqçisi: Başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda çıxış edir
11:00 Heydər Əliyev kubokunun püşkü atıldı - Bu gün başlayır
10:40 Fanatlar onu adı olan bütün formaları alacaqlar - Qayıtsa
10:26 Günün oyunları - TV

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az