Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


"Roma" mübarizəni dayandırdı, "Beşiktaş" 1/4 finala 4 qolla adladı

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. 

Komanda.az xəbər verir ki, İstanbulda “Beşiktaş” “Olimpiakos”u qəbul edib. Bu komandalar arasında Pireydə baş tutmuş ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnmişdi. Bu hesab “qartallar”a üstünlük versə də, “Olimpiakos” bu cür çətin vəziyyətdən çıxmağı bir dəfə bacarmışdı. Belə ki, yunanlar elə Avropa Liqasının cari mövsümünün 1/16 final mərhələsində Türkiyənin digər təmsilçisi “Osmanlıspor”u məhz evdəki heç-heçədən (0:0) sonra səfərdə darmadağın edərək (3:0), “Beşiktaş”a rəqib olmuşdu. 

Ancaq Şenol Günəşin yetirmələri "Osmanlıspor"un səhvini təkrarlamayıb. "Qartal" oyunun gedişində azlıqda qalsa belə, bu, qələbəyə mane olmayıb. 4:1 hesabıyla qalib gələn İstanbul klubu 1/4 finala vəsiqə qazanıb. 

Günün maraqlı oyunlarından biri də Mançesterdə baş tutub. Joze Mourinyonun “Mançester Yunayted”i səfərdə müqavimətini qıra bilmədiyi (1:1) Rusiya “Rostov”unu minimal hesabla məğlub edərək, 1/4 finala adlayıb. Oyunda mankunianların yeganə qoluna Xuan Mata imza atıb.

“Roma” isə evdə “Lion”dan səfərdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparsa da, bu, "canavarlar"a qismət olmayıb. Paytaxt klubu 2:1 hesabıyla qalib gəlsə də, bu, 1/4 finala vəsiqə üçün kifayət omayıb. 

Beləliklə, qitənin ikinci dərəcəli klub turnirində "Beşiktaş", "Lion", "Mançester Yunayted", "Şalke", "Ayaks", "Anderlext", "Genk" və "Selta" mübarizəni davam etdirəcək.

16 mart

Avropa Liqası, 1/8 final, cavab oyunları

Beşiktaş (Türkiyə) - Olimpiakos (Yunanıstan) 4:1 (ilk oyun 1:1)

Qol: Abubakar, 10. Babel, 22; 75. Cenk Tosun, 84 - Elyunussi, 31.

Qırmızı vərəqə: Abubakar, 39 (Beşiktaş).

Genk (Belçika) - Gent (Belçika) 1:1 (5:2)

Qol: Kastan, 20 - Verstraete, 84.

Krasnodar (Rusiya) - Selta (İspaniya) 0:2 (1:2)

Qol: Mallo, 52. Yaqo Aspas, 80.

Qırmızı vərəqə: Kabore, 86 (Krasnodar).

Ayaks (Hollandiya) - Kopenhagen (Danimarka) 2:0 (1:2)

Qol: Traore, 23. Dolberq, 45+3-pen.

Anderlext (Belçika) - APOEL (Kipr) 1:0 (1:0)

Qol: Açimponq, 65.

Roma (İtaliya) - Lion (Fransa) 2:1 (2:4)

Qol: Strootman, 17. Tusart, 60-avtoqol - Diakabi, 16.

Borussiya M (Almaniya) - Şalke (Almaniya) 2:2 (1:1)

Qol: Kristensen, 26. Dahud, 45+2 - Qoretska, 54. Bentaleb, 69-pen.

Mançester Yunayted (İngiltərə) - Rostov (Rusiya) 1:0 (1:1)

Qol: Xuan Mata, 70.


 
tarix: 17-03-2017 02:07

 



Xəbərlər
29.03.2017
17:18 Türkiyəli idmançılara şok cəzalar
16:49 Azərbaycan kuboku: “Qarabağ”ın oyununa Ağayev, “Qəbələ” üçün...
16:37 “Barselona”ya Arda şoku
16:21 Həyatımdakı bütün ilklər Azərbaycanla bağlıdı - Vitali Şevçenko
16:10 “Ağlağan” Ronaldonun adını daşıyan hava limanı - Foto
15:41 Həyat yoldaşı yığmadan qovulmasını istəyir - Xəyanət edib!
15:24 Ronaldodan danışanda paltarının ətəyini qaldırdı - Fotolar
15:13 “Barselona”dan Messiylə bağlı açıqlama
14:46 Ramosla əla münasibətim var - Bu, şoudu
14:25 Böyük, çox böyük Cici - Yazı+Fotolar
14:08 Məmmədov Avropa çempionu oldu
13:59 “Neftçi” - “Qarabağ”: Biletlər satışda
13:27 Türmədə oynayanda qapıda dururdum - Sançes
12:44 “Neftçi”, yoxsa “Qarabağ”? - Video
12:40 O, Hollandiya yığmasını çalışdırmaqdan imtina etdi
12:25 “Qarabağ” rəsmisi Mahmudovla bağlı: Məsələ bundadı ki...
12:11 Həmişə demişəm - “Barsa” ilə Atletiko”nu çalışdırmaram
11:52 Qriqorçukun seçimi: Ranyeri və Jardim
11:42 “Kəpəz”in “Qarabağ”a görə “akademik” hazırlığı
11:24 Sabiq “Real”lı Messini tənqid etdi - Özünə nəzarəti itirib
11:08 Millimiz Moldovaya qarşı - Bu gün
10:50 Telefonum təbriklərdən az qala partlayırdı - Nazarov
10:23 KONKAKAF-da “sülh” gecəsi - Təkcə Meksika...
10:02 Messi yoxdusa, Argentina yoxdu? - Braziliya Rusiyada!
05:16 “Lion”un türk azarkeş və İstanbul qorxusu 
03:11 Fransa - İspaniya oyununda video hakim damğası - Video
01:37 İtaliyadan əzmkar qələbə - Video
01:27 "Neftçi" və "Qəbələ"nin üzvləri darmadağının iştirakçısı oldu
01:19 İtaliya Hollandiya, İspaniya Fransa səfərindən qələbəylə qayıdır 
00:09 DÇ-2018: Yaponiyadan darmadağın, İran Çini tək qolla keçdi
28.03.2017
23:49 Bura mənim vətənimdi - Boqdanov
23:13 "Qəbələ"li fərqləndi, komandası Xorvatiyanı darmadağın etdi - Video
22:33 Millimizin "məhsuldar" İstanbul səfəri - Video
21:33 Rauldan “Real” azarkeşlərini məyus edəcək açıqlama
20:27 FİFA-dan Messiyə ağır cəza
19:54 Millimiz darmadağın oldu
18:05 AFFA bilet qalmaqalı ilə bağlı bəyanat yaydı
17:48 Hollandiya millisiylə maraqlanmıram - “Beşiktaş”ın futbolçusu
17:26 “Real” onun məvacibini qaldırır - 3 milyondan 8 milyona
17:02 De Bur Hollandiya millisində? - Meneceri danışdı
16:35 Maşallah Əhmədovdan xəbər var
16:05 UEFA “Partizan”la “sülh bağladı” - Cəza aradan qaldırıldı
15:43 Yəqin ki, Nilson Santosla Qarrinça “Badamlı” içirlər - Yazı+Fotolar
15:26 Mbappe bizim sıralarımıza qoşulsa... - Serxio Ramos
15:01 Prosineçki: Bizdə qəribə adamlar var
14:49 Bundesliqa klubunun Tosun arzusu
14:24 Futbolçu atası Komanda.az-a üz tutdu: AFFA-“Qarabağ”-Mahmudov düyünü
14:08 Onların 6 aylıq məvacibini Messi ödədi
13:27 “Real” onu hədələdi - Ya müqaviləni uzat, ya da...
12:41 Təxirə salınmış oyun üçün Nəsirov
12:25 Super Liqa klubunun stadionu yandı - Foto 
12:12 Onun məvacibini FİFA ödəyəcək - Sağalana qədər
11:54 Millimizin heyəti açıqlandı
11:50 Ponomaryov, Şevçenko... - “Neftçi” - “Qarabağ” matçında onlar da olacaq
11:23 Messi hakimi təhqir edib? - FİFA araşdırmaya başladı
10:50 Günün oyunları - TV
10:25 Yığmaların görüşü təxirə salındı - 7 futbolçuya viza verilmədi
10:04 Hamıdan çox qazanıblar - Ronaldo ilə Mourinyo
03:16 “Atletiko” onu istəyir - Danışıqlara başladılar 
01:49 Nəsrinin aqibəti necə olacaq? - “Sevilya” istəmir, MS isə...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az