Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Sabiq "Qarabağ"lı "Qarabağ"ı zirvədə saxladı

Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub. 

Komanda.az xəbər verir ki, turun ilk oyunu Gəncədə keçirilib. Bu oyunadək yeni ildə qələbəyə həsrət qalmış “Kəpəz” 4-cü pillədə qərarlaşmış “Zirə”ni qəbul edib. “Kəpəz” bu matçda qələbə qazanmaqla, həm nəhayət, azarkeşlərini sevindirməyi, həm də turnir cədvəlində “Neftçi”ni geridə qoymağı hədəfləmişdi. Paytaxt təmsilçisi isə qərarlaşdığı 4-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirməyə çalışacaqdı. Görüşün taleyini bir qol həll edib. Bu qol Gəncə komandasına cari ildə ilk dəfə qələbə sevinci yaşatmaqla yanaşı, "Neftçi"ni də turnir cədvəlində geridə buraxmaq imkanı verib. “Zirə” isə məğlubiyyətə baxmayaraq, turun digər oyunlarının nəticələrindən asılı olmayaraq, 4-cü pillədəki yerini qoruyub.

Dünən günün son oyununda “İnter”lə “Sumqayıt” üz-üzə gəlib. Zaur Svanadzenin komandası 3-cü pillədəki yeri əldən verməmək üçün mübarizə aparır. “Kimyaçılar” isə hələ də avrokuboklara vəsiqəyə ümid edirlər. "İnter Arena"da keçirilən oyunun taleyini bir qol həll edib. Nizami Hacıyevin matçın 39-cu dəqiqəsində vurduğu qol Bakı klubuna qələbə qazandırıb. Svanadzenin yetirmələri bu qələbəylə Gəncədə "Kəpəz"ə məğlub olmuş ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 10-a yüksəldib.

Turun qalan iki oyunu bu gün keçiriləcək. 

Günün ilk oyununda “Qarabağ” AZAL-ı sınağa çəkib. “Köhlən atlar” çempionatın aşkar autsayderiylə oyunda çətinliklə üzləşsə də, matçdan 3 xalla ayrılmağı bacarıb. Oyunda yeganə topu qarşılaşmanın 68-ci dəqiqəsində Dino Ndlovu vurub. Ağdam klubu bu qələbəylə bir neçə saatlıq da olsa, liderliyə yüksəlib.

“Qəbələ” yenidən zirvəyə yüksəlmək üçün “Neftçi”ylə səfər matçından qələbəylə ayrılmalıydı. “Qırmızı-qaralar” mövsümün əvvəlki oyunlarında “neftçilər”dən aşkar üstün olmuşdular. Ancaq qış fasiləsində heyətini gücləndirən "Neftçi" bu dəfə Roman Qriqorçukun yetirmələrinə "asan yem" olmayıb. Bakı klubu qışda "Qarabağ"dan heyətinə cəlb etdiyi Namiq Ələsgərovun yeganə qoluyla "Qəbələ"ni paytaxtdan xalsız yola salıb. Bu nəticəyə ən çox sevinən isə "Qarabağ" olub. Belə ki, Ağdam klubu zirvədəki yerini qoruyub saxlayıb.

Azərbaycan Premyer Liqası, 22-ci tur

13 mart 

Kəpəz - Zirə 1:0

Qol: Julien Ebah, 56.

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Şəhər stadionu, 15:00

Kəpəz: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah

Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 68. Əli Nuri, 7. Vüqar Bəybalayev, 23. Tural Nərimanov, 15. Azad Kərimov

Baş məşqçi: Şahin Diniyev

Zirə: 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 23. Yovan Krneta, 16. Akim Latifu, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 28. Təmkin Xəlilzadə, 20. Sezar Meza Kolli, 43. Riçard Qadze, 7. Amadu Sanqar

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 10. Elvin Məmmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 26. Georgi Qorozia, 92. Cavid Tağıyev, 98. Elçin Əliyev

Baş məşqçi: Ayxan Abbasov


İnter - Sumqayıt 1:0

Qol: Nizami Hacıyev, 39. 

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. “İnter Arena”, 18:00

İnter: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 6. Samir Zərgərov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 2. Sərtan Taşkın, 88. Məmməd Quliyev, 19. Mirhüseyn Seyidov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 18. Süleyman Əhmədov, 20. Fərhad Qıstarov

Baş məşqçi: Samir Abasov 


14 mart

Qarabağ - AZAL 1:0

Qol: Dino Ndlovu, 68.

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Azersun Arena”, 17:00

Qarabağ: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə

Baş məşqçi: Qurban Qurbanov

AZAL: 23. Aqil Məmmədov, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov

Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 21. Samir Məsimov, 10. Nuqzar Kvirtiya, 70. Vaqif Cavadov, 11. Frank Madu, 6. Bəxtiyar Soltanov, 37. Fərid Abbaslı

Baş məşqçi: Tərlan Əhmədov


Neftçi - Qəbələ 1:0

Qol: Namiq Ələsgərov, 39. 

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. 8-ci km stadionu, 20:00 

Neftçi: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera Fernandes, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski.

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 8. Zdenek Folprext, 9. Uqo Barqas, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov, 95. Elvin Bədəlov.

Baş məşqçi: Elxan Abdullayev.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 14.Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 4. Rafael Santos, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 9. Sergey Zenyov, 13. Murad Musayev, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov.

Baş məşqçi: Roman Qriqorçuk.


 
tarix: 14-03-2017 21:56

 



Xəbərlər
23.03.2017
21:06 Reytinq açıqlandı - Millimiz yerində saydı
20:35 Qvardioladan maraqlı qadağa
19:57 Lider belə "sülh bağladı" - Video
19:20 Mətbuat onun barəsində mənfi fikir yaratdı - Mançini 
18:28 “Birincilər”in oyun cədvəli açıqlandı
18:19 Onun da hakerlərlə problemi yarandı - Fotolar
17:35 5 qol vuruldu, “Zaqatala”…
17:17 “Olimpiakos”da yeni baş məşqçi
16:42 “Real” mənim üçün böyük klub deyildi”
16:18 Arda Çinə gedəcək? - Burak Yılmazın dediyinə görə...
15:21 Messi maykası altında narkotika ticarəti - Foto 
14:47 “Beşiktaş”ın Əmrə Mor planı
14:13 Messinin cəzası yaddan çıxdı!
13:20 Prosineçki: Almaniyaya uduzmasaq…
12:14 Bizə müəyyən vaxt lazım idi ki... - Yoahim Löv
11:29 Günün oyunları - TV
11:06 Millimizin rəqibindən böyük hesablı qələbə - Video
10:45 “Leyptsiq”in hücumçusu Bakıya gətirilməyəcək
10:28 Ürəyim Azərbaycanla döyünür - Renat Dadaşov
04:26 Nainqqolan “Çelsi”yə gedir? - Konte ilə danışmışam 
02:20 Podolski milliyə möhtəşəm qolla vida etdi - Video
02:08 ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı
01:46 Almaniya millisi Bakıya qalib kimi gəlir
01:28 “Barselona”nın sabiq prezidenti dünyasını dəyişdi
00:12 Huntelaar “ev”ə qayıdır?
22.03.2017
23:06 Bu cür hadisələr məni komandamdan ayıra bilməyəcək - Sneyder
22:15 Almaniya millisində daha bir itki
21:32 Vengerdən Sançes və Özil açıqlaması 
20:09 AFFA-dan rəqibə azarkeşlik edənlərə atmaca - Foto 
19:48 Abubakar hamıdan üzr istədi - Bunun bir daha təkrarlanmaması üçün...
18:52 "Şalke"nin "havayı" ulduzuna 6 nəhəng göz dikib
18:17 Super Liqa klubunda yeni baş məşqçi
17:41 Bakarandze qol vurdu, millimiz...
16:45 Azərbaycan kuboku: Yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı
16:26 Mbappe üçün ilk fantastik təklif - 90 milyon avro 
15:49 462 günlük seriya qırıldı
15:37 Bir oyunda 5 yubiley
15:30 “Neftçi”nin üzvü millidən kənarlaşdırıldı
14:47 “Barselona” “Real”lının izində
14:12 “Zenit”in qızları - Fotolar
13:23 “Beşiktaş”dan Abubakara xəbərdarlıq
12:24 “İblislər”in sabiq baş məşqçisi “fillər”lə anlaşdı
11:42 Günün oyunları - TV
11:16 “Barselona”nın sabiq hücumçusu “Fənərbaxça” yolunda
10:19 "Qəbələ" rəsmiləri Kapellonun mühazirəsində
01:16 Dünyanın ən yaxşı qapıçısı... - Buffon 
00:09 Millimizin oyununu bu xanım şərh edəcək - Fotolar 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az