Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Bizə Xaqani Məmmədovu verin!

Azərbaycan Premyer Liqasının oyunlarında hakimlərin verdikləri qərarlar son vaxtlar tez-tez müzakirə obyektinə çevrilir. Klublar narazılıq edir, mətbuat tənqid edir, amma vəziyyət düzəlmir ki, düzəlmir. Gəlin birlikdə Premyer Liqamıza, hakimlərimizə, hakimlərə tapşırıq verənlərə baxaq.

Ramin Musayev: Öz rolunda
Xaqani Məmmədov: Öz rolunda
Klublar: “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Kəpəz”, AZAL
İdman mətbuatı: Adı məlum olmayan bir nəfər

Son turların birindən əvvəl.

- “Qəbələ”: Biz ədalət istəyirik!

- “Qarabağ”: Bizi “Zirə”yə bağlayanların Allah bəlasını versin!

- “Zirə”: Əvvəl-axır bu “Qarabağ”ı udacağıq, görəssiz!

- “Neftçi”: “Vopşe” Allah hamınızın bəlasını versin!

- “İnter”: Pulumuzu verin!

- “Kəpəz”: Biz də istəyirik! (nə istədikləri bilinmir)

- “Sumqayıt”: Bizə də verin! (onların da nə istədiyi bilinmir)

- AZAL: Biz də... (gücü çatmır cümləni bitirməyə)

- İdman mətbuatı: Bizə Xaqani Məmmədovu verin!

- Xaqani Məmmədov: Ramin məllim, Əliyar Ağayevə bu tur da təyinat vermədik. İndi mətbuat başlayacaq yenə ağzına gələni yazmağa.

- Ramin Musayev: Deynən pısıxolojisi pozulub.

- Xaqani Məmmədov: Dediz nəyi pozulub, Ramin məllim?

- Ramin Musayev: Pısıxolojisi!

Məmmədov tam olaraq başa düşməsə də, özünü başa düşmüş kimi göstərir. Bir azdan idman mətbuatındakı saytlardan birində “Şok, şok, şok! Əliyar Ağayev pozulub” başlığı altında xəbər çıxır.

Son turlardan birindən sonra.

- “Qəbələ: Biz bu cür haqsızlıq olan çempionatda oynamaq istəmirik!

- “Qarabağ”: Uğurlarımızı gözü götürməyənlərin Allah bəlasını versin!

- “Zirə”: Sən öl, “uje” bezdik, bu “Qarabağ”ı harda tutsaq...

- “Neftçi”: Allah sizin hamınızın cəzasını versin!

- “İnter”: Tez olun, pulumuzu verin!

- “Kəpəz”: Biz də istəyirik! (nə istədikləri yenə bilinmir)

- “Sumqayıt”: Bizə də verin! (onların da nə istədiyi yenə bilinmir)

- AZAL: Biz... (yenə gücü çatmır cümləni bitirməyə)

- İdman mətbuatı: Tez olun, bizə Xaqani Məmmədovu verin! Onu şişə çəkəcəyik, tikə-tikə edəcəyik, parçalayacağıq. “Vopşe” Xaqani istefa! İstefaaa!

- Ramin Musayev: A Xaqani, nejə oldu Əliyar?

- Xaqani Məmmədov: Ramin məllim, dediyiniz kimi, Əliyar pozulub.

- Ramin Musayev: Ayə, nejə yani pozulub?

- Xaqani Məmmədov: Vallah, bayax zəng eləmişdim ki, son turda təyinat almadığına görə təskinlik verim.

- Ramin Musayev: Aha.

- Xaqani Məmmədov: Mənə nə desə yaxşıdı?

- Ramin Musayev: Nə?

- Xaqani Məmmədov: Dedi ki, Allah cümlənizin bəlasını versin.

Kürşad


 
tarix: 06-03-2017 14:15

 



Xəbərlər
23.03.2017
21:06 Reytinq açıqlandı - Millimiz yerində saydı
20:35 Qvardioladan maraqlı qadağa
19:57 Lider belə "sülh bağladı" - Video
19:20 Mətbuat onun barəsində mənfi fikir yaratdı - Mançini 
18:28 “Birincilər”in oyun cədvəli açıqlandı
18:19 Onun da hakerlərlə problemi yarandı - Fotolar
17:35 5 qol vuruldu, “Zaqatala”…
17:17 “Olimpiakos”da yeni baş məşqçi
16:42 “Real” mənim üçün böyük klub deyildi”
16:18 Arda Çinə gedəcək? - Burak Yılmazın dediyinə görə...
15:21 Messi maykası altında narkotika ticarəti - Foto 
14:47 “Beşiktaş”ın Əmrə Mor planı
14:13 Messinin cəzası yaddan çıxdı!
13:20 Prosineçki: Almaniyaya uduzmasaq…
12:14 Bizə müəyyən vaxt lazım idi ki... - Yoahim Löv
11:29 Günün oyunları - TV
11:06 Millimizin rəqibindən böyük hesablı qələbə - Video
10:45 “Leyptsiq”in hücumçusu Bakıya gətirilməyəcək
10:28 Ürəyim Azərbaycanla döyünür - Renat Dadaşov
04:26 Nainqqolan “Çelsi”yə gedir? - Konte ilə danışmışam 
02:20 Podolski milliyə möhtəşəm qolla vida etdi - Video
02:08 ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı
01:46 Almaniya millisi Bakıya qalib kimi gəlir
01:28 “Barselona”nın sabiq prezidenti dünyasını dəyişdi
00:12 Huntelaar “ev”ə qayıdır?
22.03.2017
23:06 Bu cür hadisələr məni komandamdan ayıra bilməyəcək - Sneyder
22:15 Almaniya millisində daha bir itki
21:32 Vengerdən Sançes və Özil açıqlaması 
20:09 AFFA-dan rəqibə azarkeşlik edənlərə atmaca - Foto 
19:48 Abubakar hamıdan üzr istədi - Bunun bir daha təkrarlanmaması üçün...
18:52 "Şalke"nin "havayı" ulduzuna 6 nəhəng göz dikib
18:17 Super Liqa klubunda yeni baş məşqçi
17:41 Bakarandze qol vurdu, millimiz...
16:45 Azərbaycan kuboku: Yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı
16:26 Mbappe üçün ilk fantastik təklif - 90 milyon avro 
15:49 462 günlük seriya qırıldı
15:37 Bir oyunda 5 yubiley
15:30 “Neftçi”nin üzvü millidən kənarlaşdırıldı
14:47 “Barselona” “Real”lının izində
14:12 “Zenit”in qızları - Fotolar
13:23 “Beşiktaş”dan Abubakara xəbərdarlıq
12:24 “İblislər”in sabiq baş məşqçisi “fillər”lə anlaşdı
11:42 Günün oyunları - TV
11:16 “Barselona”nın sabiq hücumçusu “Fənərbaxça” yolunda
10:19 "Qəbələ" rəsmiləri Kapellonun mühazirəsində
01:16 Dünyanın ən yaxşı qapıçısı... - Buffon 
00:09 Millimizin oyununu bu xanım şərh edəcək - Fotolar 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az