Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Nizaminin qulaqları

Hüseyn Cəbrayıloğlu email: murovdag@mail.ru

Təqribən iki il əvvəl idi... O zaman hələ Premyer Liqamızda Avropada zəfərlər qazanan “Qarabağ”ın autsayder, acından günorta duran “Rəvan”a sözün yaxşı mənasında “təslim” olmasına çox vardı. Payızın sonu idi və hər şeyin tərs getdiyi “Xəzər Lənkəran”da işlərin yoluna qoyulması üçün məşhur Mustafa Dənizli baş məşqçi postuna gətirilmişdi. Dənizli də tərslikdən ölkənin ən böyük camiəsi olan klubda dəyişikliyə ən peşəkar qurulan sahəyə müdaxilə etməklə başladı. “Xəzər Lənkəran” yaranan gündən Boris Xetaqurov klubun tibb korpusunu elə təşkil etmişdi, elə struktur qurmuşdu ki, 10 ildə bircə nəfər o sistemi çökdürə, axsada bilməmişdi. Klubun fizioterapevti Rövşən Muradov Xetaqurovun ən sevdiyi kadr idi və onun dəstəyi ilə müxtəlif ölkələrdə seminarlarda, kurslarda olmuşdu. Azərbaycan futboluna ilk dəfə futbolçuların ayağına vurulan “Qazafiks” adlanan sarğını da Rövşən xaricdə kurs bitirib gətirtmişdi. Masajçı Ruslan Şərifov da 4 xarici dil bilən Muradovdan geri qalmırdı. Adam vəzifəsini vicdanla, peşəkarcasına yerinə yetirirdi. Bir sozlə, “Xəzər Lənkəran”da saat mexanizmi ilə işləyən, idman tibbinin bütün yeniliklərinə bələd olan, müasir tibbi avadanlıqlarla təhciz olunan tibbi korpus vardı. Hə, bunu da deyim, bir də, Bakıda məskunlaşan klubların hamılıqla istifadə etdiyi Bədən Tərbiyəsi Akademiyasının stadionunda məşqdən sonra klublar 15 vedrə zibil qoyub gedərdi. “Xəzər Lənkəran”ın məşqindən sonra isə tibbi korpus atılan boş su qablarını, sarğıları da yığıb gedirdi ki, ayıbdı. Adamların adamlığı da yerində idi yəni.

Bax, Dənizli vəzifəyə başlayan gün klubun bazasına gəlib masaj otağına daxil olur. Yuxarıda tərif verdiyim adamlara sual verir ki, “masaj nasıl yapılıyor, biliyormusunuz?” İşinin ustası olan adamların gözü bərələ qalır. Dənizli davam edib deyir ki, “iki cür ayak masajı olur - enine ve yukarı”. Təsəvvür edin, həmin uşaqlar səhərə qədər yatmamışdı və klub fəaliyyətini dayandırana qədər də Dənizlinin onlara “dərs keçməsini” unuda bilmirdilər. O hadisədən qənaətləri bu idi ki, Dənizli o sualı, guya masaj öyrətməsi ilə bizi və ölkəmizi aşağılayır.

İndi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineski də “Nizami Hacıyev oyun fəlsəfəmə uyğun deyil” deməklə bizi təhqir edir. O da Dənizli kimi fikirləşir ki, bunlar nə idman masajı anlayır, nə də futbol fəlsəfəsindən xəbərləri var. Məsələn, Arif Daşdəmirovun milliyə çağırılması üçün adamda gərək üz ola. Hələ mən klublarında ehtiyatda qalanları demirəm. Üz məsələsi də bir az dərin mövzudu. Mən futbola baxandan bütün məşqçiləri arıq, saçı ağarmış, yaşından qoca görünən görmüşəm. O boyda stressin qabağında dayanmaq asan deyil. Top çalışdırıcılar siyahısında çoxuna zəfərləri ilə kəllə atan Mourinyo belə, son iki ildə azı on il qocalıb. Robert Prosineskinin isə qarnı böyüklüyündə, o çəkidə ikinci məşqçi tapmaq mümkün deyil. Mourinyo milyonluq futbolçularla çalışır, əlində istədiyi futbolçunu almaq imkanı var, peşəkar klub rəsmiləri ilə birgədi, amma həm də vəzifəsinin ağırlığını, klubunun və özünün imicini düşünüb, bu qədər əriyir, qocalır. Prosineski isə 8 komandalı çempionatın milli komandasını çalışdırır, feyr-pleylə pley-offu səhv anlayan federasiya prezidenti ilə işləyir, baş katib olana qədər peşəkar futbol sahəsində çalışmayan Elxan Məmmədovla çiyin-çiyinədi, arada Ramin Musayevin “bajoğlu” sözünü eşidir, Xaqani Məmmədovun Hakimlər Komitəsinin sədri olduğunu görür, komandasının cinahında Arif Daşdəmirov oynayır, amma üzündən qan damır. Hər şey bir kənara, milliyə çağırılan heyəti açıqlayarkən klubsuz, klubunda ehtiyatda oturan futbolçuların adını siyahıya salmaqdan belə, adam utanmır. Heç vecinə də deyil. İndi bizim “feysbuk”da hay-həşir salmaqla da iş düzəlməyəcək. Nizami Hacıyev hazırda milliyə çağırılmağa layiqdi və bunun fəlsəfə ilə yaxından-uzaqdan əlaqəsi yoxdu. Çünki futbolun bütün fəlsəfi variantlarında Hacıyevə bu günə görə millidə yer var. Nizami taleyi naməlum “İnter”i tək lider olaraq irəli aparır, vuruşur, qollar vurur, alın təri və vicdanı ilə milliyə çağırılmamasının hesabını sorur. Hə, bəlkə Prosineskinin Nizaminin futbolçular arasında olan ləqəbindən xoşu gəlmir? Bax, bunu bilmirəm.

Amma cənab Prosineski, siz bizim federasiyada tərcüməçilərin, inzibatçıların, yanğın zamanı binaya məsul olan şəxslərin A, B, C kateqoriyası üzrə məşqçilərə dərs deməsinə görə medianı, nəyinsə xətrinə susan, əlimizdə olan var-yox ünlü mütəxəssislərimizi də aldatmağa cəhd etməyin. Vallah, billah, biz futbol fəlsəfəsini bilirik. Nə edirsiz edin, bu cür açıqlamalarla bizi təhqir etməyin. Məsələn, deyin Nizaminin qulaqları xoşuma gəlmir. Vəsallam!


 
tarix: 25-02-2017 14:37

 



Xəbərlər
01.05.2017
01:19 Liderlərdən növbəti qələbə
01:03 PSJ-yə çempionluq yolunda "Nitsa" zərbəsi
00:45 Roma derbisində "Latsio" sevindi, "Napoli" Milandan 3 xalla qayıdır
00:43 "Atletik" "Selta"ya evində "dərs keçdi"
00:02 Nazarovdan növbəti qol - Video
30.04.2017
23:31 Amit Quluzadəsiz AEL “Panatinaikos”a uduzdu
22:10 Budaq Nəsirov “Portu”ya qarşı oynadı
22:04 "Başakşəhər" intriqanı davam etdirdi
21:59 London derbisini "Tottenhem" qazandı
21:53 "Leyptsiq" autsayderlə bacarmadı, "Bavariya" çempion oldu
20:47 “Şah” çempion oldu
20:25 “Kadis” qalib gəldi, İsrafilov...
20:06 Mövsümə qolsuz "sülh"lə yekun vuruldu
19:20 Nazarovdan "Aue"nin qələbəsinə töhfə
18:25 O, üsyan bayrağı qaldırdı: Buraxın, gedim!
17:22 “Malaqa” “Real”ın çempion olmasını istəyir - 1 milyon alacaq
16:27 Fanatlar tələb etdi - Hakimi bizə verin, onu öldürəcəyik
15:26 Şeyx bəyanat yaydı - Korrupsiya ittihamı ilə bağlı
14:50 İslamiada: Millimizin yekun heyəti açıqlandı - Siyahı
14:45 Millimiz yenə uduzdu
14:33 İlqar Nuriyev illər sonra açıqladı: “Gənclər” niyə “öldü”? - Yazı+Fotolar
13:55 “Kəpəz”, “Kəpəz” sədaları altında sağollaşma
13:20 “Böyük beşlik”də 4 çempionluq - Yalnız o bacarıb
12:51 “Qəbələ” mövsümü titulla başa vura biləcəkmi?
12:24 Günün oyunları - TV
11:31 Dadaşov qol vurdu, komandası...
10:14 Kliçko yenə məğlub oldu - Bu dəfə nokautla
06:31 Balotelli erməni modeli təhqir etdi: İyrəncdi! - Foto 
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az