Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Qurban Qurbanovun təbəssümü

Vüqar Məmmədov email: ulvi.memmedov.1997@gmail.com

Uzun müddətdən sonra Azərbaycan Premyer Liqasında oyuna baxdım və yaxşı mənada təəccübləndim. Çünki oyun yüksək səviyyədə keçdi.

Təkcə oyun yox, futbol adına hər şey yüksək səviyyədə idi. O cümlədən hakimlik də yaxşı idi. Görünür, yaş, təcrübə hakimlikdə vacib amil imiş. Hakim-inspektorun Elbrus Abbasovun olması bir qədər narahatedici olsa da, bu hal problem yaratmadı. Niyə Elbrus Abbasovun hakim-inspektor olması narahatedici görünürdü? Çünki o, qarabağlıdı. Bir dəfə qarabağlı Adil Nadirov “Neftçi”nin oyununda hakim-inspektor idi. Və həmin oyunda “Qarabağ”la çempionluq uğrunda mübarizə aparan “Neftçi” mübahisəli şəkildə məğlub olmuşdu. Hər halda, həmin oyundan sonra bu məsələ xeyli müzakirə edildi. Amma “Qəbələ” - “Qarabağ” oyununda göründüyü kimi, problem olmadı.

Məğlub olmasına baxmayaraq, Qurban Qurbanov təmkinini pozmadı. Özündə güc tapıb mətbuat konfransında gülümsəməyi bacardı. Həm də uduzduqları halda oyunçularını müdafiə etdi və narazı qaldığı futbolçuların adını çəkmədi. Bildirdi ki, bu məsələləri bayıra çıxarmaq düzgün deyil.

Həmin gün keçirilən digər oyunda isə Samir Abasov yurnalistlərlə oyunçusunun əvəzedici heyətə göndərilməsinin vaxtı çatdığını müzakirə etdi. Biz burda qalib gələn və məğlub olan məşqçinin məğzi eyni olan məsələyə fərqli münasibətinin şahidi oluruq. Zənnimcə, burda Qurban Qurbanovun yanaşması daha düzgündü. Çünki mətbəxtdə nə baş verdiyinin müştəri, yəni tamaşaçı üçün əhəmiyyəti yoxdu. Müştərini hazır yemək, yəni keyfiyyətli oyun maraqlandırır.

Eləcə də şərhçinin oyunu necə şərh etməsi bayırda, tamaşaçılar içində müzakirə olunmalı deyil. Bunlar pərdə arxasında müzakirə olunmalı və ortaya keyfiyyətli, hazır “tamaşa” çıxmalıdı.

“Qəbələ” - “Qarabağ” matçının işıqlandırılması və şərhi barədə danışsaq, çəkiliş yaxşı idi. Amma bəzən mübahisəli epizodların, qayda pozuntularının təkrarının verilmədiyini də qeyd etməliyik. Bəlkə də, hakimlərin təzyiqlə üzləşməməsi üçün telekanala bu barədə tapşırıq olub. Belə bir tapşırıq olubsa, heç, bu başqa mövzudu, tapşırıq olmayıbsa, onda çəkilişin rejissorluğuna əla qiymət vermək olmaz.

Oyunun şərhi də normal idi. Amma dinləyərkən hiss olunurdu ki, şərhdə təhlil çatışmır. PRO səviyyəli oyunu hətta “C” lisenziyası olmayan şərhçinin təhlil edə bilməməsi normal haldı. Normal sayıla bilməyəcək hal isə iki eyni statuslu şərhçinin birlikdə oyunu şərh etməsidi. Bu nə qədər düzgündü? Şərhçilərin birinin yerinə oyunu təhlil etmək üçün işsiz məşqçilərdən birini dəvət etmək olmazdımı? Türkiyədə bu iş üçün analitik dəvət edəndə ona yüksək məbləğdə pul ödənilir. Bizdə isə çağırsalar, istənilən işsiz məşqçi məmnuniyyətlə, pul istəmədən gələr. Lakin görünür, bizim öz standartlarımız var.

Öz standartlarımız demişkən, oyunu yayımlayan telekanal məşqçilərin yaxınlığında bir reportyor saxlamaqla, bir növ onları pusdururdu. Bilmirəm dünyada belə bir praktika var, ya yoxdu. Amma onu bilirəm ki, başqasının söhbətini icazəsiz dinləmək qeyri-etikdi.

“Mətbəx”də olanları bayıra çıxarmaq qədər qeyri-etik...


 
tarix: 20-02-2017 15:08

 



Xəbərlər
23.03.2017
21:06 Reytinq açıqlandı - Millimiz yerində saydı
20:35 Qvardioladan maraqlı qadağa
19:57 Lider belə "sülh bağladı" - Video
19:20 Mətbuat onun barəsində mənfi fikir yaratdı - Mançini 
18:28 “Birincilər”in oyun cədvəli açıqlandı
18:19 Onun da hakerlərlə problemi yarandı - Fotolar
17:35 5 qol vuruldu, “Zaqatala”…
17:17 “Olimpiakos”da yeni baş məşqçi
16:42 “Real” mənim üçün böyük klub deyildi”
16:18 Arda Çinə gedəcək? - Burak Yılmazın dediyinə görə...
15:21 Messi maykası altında narkotika ticarəti - Foto 
14:47 “Beşiktaş”ın Əmrə Mor planı
14:13 Messinin cəzası yaddan çıxdı!
13:20 Prosineçki: Almaniyaya uduzmasaq…
12:14 Bizə müəyyən vaxt lazım idi ki... - Yoahim Löv
11:29 Günün oyunları - TV
11:06 Millimizin rəqibindən böyük hesablı qələbə - Video
10:45 “Leyptsiq”in hücumçusu Bakıya gətirilməyəcək
10:28 Ürəyim Azərbaycanla döyünür - Renat Dadaşov
04:26 Nainqqolan “Çelsi”yə gedir? - Konte ilə danışmışam 
02:20 Podolski milliyə möhtəşəm qolla vida etdi - Video
02:08 ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı
01:46 Almaniya millisi Bakıya qalib kimi gəlir
01:28 “Barselona”nın sabiq prezidenti dünyasını dəyişdi
00:12 Huntelaar “ev”ə qayıdır?
22.03.2017
23:06 Bu cür hadisələr məni komandamdan ayıra bilməyəcək - Sneyder
22:15 Almaniya millisində daha bir itki
21:32 Vengerdən Sançes və Özil açıqlaması 
20:09 AFFA-dan rəqibə azarkeşlik edənlərə atmaca - Foto 
19:48 Abubakar hamıdan üzr istədi - Bunun bir daha təkrarlanmaması üçün...
18:52 "Şalke"nin "havayı" ulduzuna 6 nəhəng göz dikib
18:17 Super Liqa klubunda yeni baş məşqçi
17:41 Bakarandze qol vurdu, millimiz...
16:45 Azərbaycan kuboku: Yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı
16:26 Mbappe üçün ilk fantastik təklif - 90 milyon avro 
15:49 462 günlük seriya qırıldı
15:37 Bir oyunda 5 yubiley
15:30 “Neftçi”nin üzvü millidən kənarlaşdırıldı
14:47 “Barselona” “Real”lının izində
14:12 “Zenit”in qızları - Fotolar
13:23 “Beşiktaş”dan Abubakara xəbərdarlıq
12:24 “İblislər”in sabiq baş məşqçisi “fillər”lə anlaşdı
11:42 Günün oyunları - TV
11:16 “Barselona”nın sabiq hücumçusu “Fənərbaxça” yolunda
10:19 "Qəbələ" rəsmiləri Kapellonun mühazirəsində
01:16 Dünyanın ən yaxşı qapıçısı... - Buffon 
00:09 Millimizin oyununu bu xanım şərh edəcək - Fotolar 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az