Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Artıq deyə bilərik ki, ön xətdə işlərimiz düzəlib - Məmmədov

Çempionatın qış fasiləsindən sonrakı hissəsinə uğurlu başlayan “Kəpəz”in əvəzediciləri keçirdiyi 4 oyundan 10 xal toplayıb. “Sarı-göylər” səfərdə “İnter”lə qolsuz heç-heçə oynayaraq “Zirə”yə 2:1, “Sumqayıt”a isə 4:3 hesabı ilə qalib gəlib. Əvəzedicilər son olaraq Yevlaxda qızıl medallara iddialı “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra xal ehtiyatını yaxşılaşdıran Azər Məmmədovun yetirmələri turnir cədvəlində üst pillələrdə yer alan rəqiblərinə yaxınlaşıb.

Komanda.az xəbər verir ki, əvəzedicilərin uğurlu çıxışı haqda komandanın baş məşqçisi klubun saytına açıqlama verib:

“İlk öncə onu deyim ki, hamımızın arzusu əsas komandamızın yaxşı nəticələrə imza atmasıdı. Çünki onların uğuru bütün klubun uğurudu. İnanırıq ki, komanda tezliklə bizi sevindirəcək. “Qarabağ”la son oyun göstərdi ki, futbolçular artıq özlərinə gəlib. Əvəzedici komandaya gəlincə, bizim məqsədimiz oyunçu yetişdirməkdi. İşimizi buna uyğun qurmuşuq. Bu yerdə qış hazırlığını səmərəli keçirmək üçün bizə hərtərəfli şərait yaradan klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxşı təlim-məşq toplanışı keçdik və uğurlu çıxışımızın da əsas səbəbi budu. Bundan əlavə, 6 futbolçumuz Bakıda əsas komanda ilə birgə hazırlıqlarda iştirak etdi. Bu da bizə kömək etdi. Uşaqlarda özünəinamı artıra bildik. İlk iki dövrədə nəticə baxımından yaxşı oynamamışdıq, az xal toplamışdıq. Son oyunlarda yığdığmız xallarla bunu sığortalaya bildik. Futbolçularda əzmkarlıq görürük, baxımlı oyun nümayiş etdirirlər. Bunun özü sevindirici haldı”.

Son 4 tur ərzində “Kəpəz”in Sumqayıt səfərində eyniadlı komanda ilə oyunu daha yadda qalan olub. İlk yarıda 3 cavabsız qolla uduzan gəncəlilər fasilədən sonra yüksək əzmkarlıq göstərərək hesabı öz xeyrlərinə dəyişiblər. Məmmədov dramatik matç haqda belə danışıb:

“Sumqayıtdakı oyunun ikinci hissəsində 4 qol vurmağımız əzmkarlığımızın nəticəsidi. Açığı, uşaqların buna qadir olduğuna inana bilmirdim. Bir halda ki, futbolçular belə bir oyunun axarını dəyişə bilirlərsə, deməli, onlar çox şey bacarırlar. Belə davam etsək, əsas komandaya 6 yox, gələcəkdə daha çox futbolçu cəlb oluna bilər. Diqqət var və düşünürəm ki, “Kəpəz”də gəncəli oyunçuların sayı çox olacaq”.

Əvəzedicilərin hücum xəttinin göstərdiyi oyun və çox sayda vurduğu qollar məşqçilər korpusunu sevindirir. Amma bununla yanaşı, komandanın buraxdığı top sayının az olmaması da mütəxəssisləri düşündürür:

“Uşaqlarla bu haqda fasilə dövründə söhbətimiz olmuşdu. Onlara bildirmişdim ki, az qol vurur və oyun sayına baxanda çox top buraxırıq. Bunu aradan qaldırmalıydıq. Etiraf edim ki, komandada hücumda problemimiz olub. Hücum deyəndə, söhbət təkcə forvarddan getmir. Bura həm də həmləni təşkil edən oyunçular daxildi. Futbolçular arasında anlaşmada çətinlik vardı. Hücum haqda mənfi fikirdə idik, cünki ön xətdə zəif oynayırdıq. Sahib Abbasovun gəlişindən sonra hücumda dəyişiklik etdik. Artıq deyə bilərik ki, ön xətdə işlərimiz düzəlib. Ancaq komanda şəklində müdafiə olunmaqda bir balaca problemimiz qalır. Çalışıb bunu da həll etməliyik. Güman edirəm ki, mövsümün sonunda komandamız istər turnir cədvəlində nəticə, istərsə də digər statistik göstəricilər baxımından orta səviyyədə olacaq”.


 
tarix: 16-02-2017 14:01

 



Xəbərlər
29.05.2017
13:22 “İmperator”un vida məktubu - Kişi kimi gedirəm
12:19 “Neftçi”də yeni təyinat
12:01 Şimali İrlandiya millisinin hücumçusu Bakıdakı oyunu buraxacaq
11:25 İndikindən güclü idi - Mənim “Barselona”m
10:58 Günün oyunları - TV
10:41 Messi 4-cü dəfə qazandı - Ronaldoya çatdı
10:07 Stadionda basabas, 4 nəfər həlak oldu - Foto
05:33 “Real”ın futbolçusu Mbappeni dilə tutacaq 
02:31 Enrikenin köməkçisi baş məşqçi oldu - La Liqa klubunda
01:06 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
00:56 A seriyasına yekun vuruldu - B seriyasına son "sərnişin"...
00:12 "Benfika"dan "qızıl dubl"
28.05.2017
23:56 Totti “Roma” ilə belə vidalaşdı - Video 
23:09 Luçesku qovuldu
22:19 "Beşiktaş" çempion!
21:17 Millimizdən əhəmiyyətsiz qələbə
21:04 "Qəbələ"dən böyük hesablı qələbə
20:41 Səhv etmişik, uğur olmayacaq - Rusiyadakı türk
19:43 Menecerdən İbrahimoviçin karyerasıyla bağlı - Açıqlama 
18:38 Klub futbolunda ən titullu futbolçu oldu
17:19 Madriddə həbs edildi - “Barsa” azarkeşləri
16:06 “Çelsi” və “Arsenal”lıların imza atdığı ayaqqabını satacaq - Fotolar
15:16 "Zirə" legionerlə yollarını ayırdı
15:03 "Qarabağ" gürcüləri məğlub etdi
14:18 20 illik işə 1 oyunla qiymət vermək düzgün deyil - Arsen Venger 
13:06 Bəlkə də, fərqli bir idman növündə çalışaram - Luis Enrike 
12:23 "Qəbələ"dən iki heç-heçə
12:16 Yığma məğlub oldu - O isə tarixə düşdü
11:05 Günün oyunları - TV
10:42 Millimiz yenə uduzdu
10:07 Mourinyo futbolu yaddan belə çıxardır - Foto
05:42 “Mançester Yunayted”dən yeni müqavilə
01:42 “Barselona” kubokla təsəlli tapdı
01:23 PSJ “Marsel”i geridə qoydu - Ardıcıl 3-cü, ümumilikdə... 
01:12 İsrafilovun komandasının oyununda "qol yağışı"
01:11 Ev sahibləri məğlubiyyətlə başladı, "hərbçilər"ə bir qol kifayət etdi - Video
00:58 “Borussiya” titulsuz qalmadı
00:12 “Dnepr” uduzdu, Nağıyev...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az