Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


“Mərcan Broyler”in yumurtaları

Mehman Muradlı email: mehmanarda@gmail.com

ABŞ-ın yeni prezidentini hamınız tanıyırsız. Təqdimata ehtiyac yoxdu. Şəxsi münasibətim olmasa da, deyirlər yaxşı oğlandı. İdman azarkeşidi. Amma hansı idman növünə azarkeşlik etməsini dəqiq bilmirəm. Ehtimal var ki, Donald Tramp futbol və qolf “xəstəsidi”.

Əslində, bu ehtimal mənim cerbrumumun (oxu: beynimin) məhsuludu. Sual verə bilərsiz ki, bu nəticəyə nə cür gəldim? Doğrudu, sualınız haqlı və məntiqlidi. Çalışacam sualınıza ətraflı yazaraq cavab verim.

Başlayaq Trampın qolf aşiqliyindən.

Əvvəlcə qolf oyunu haqqında məlumatı olmayan oxucularımıza məlumat verim. Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundu. Oyunun məqsədi sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdı. Yəni topu deşiyə maksimum az vuruş istifadə etməklə salmalısız. Deşiyə düşməsə, vay qolfçunun halına.

Qolf oyunuyla qısa tanışlığımızdan sonra keçək Trampın qolfu sevməsinə. Bu sevginin çox bəsit açıqlaması var: qolfun vətəni Şotlandiyadı. Trampın həyat və yaradıcılığını ciddi izədiyiniz üçün bilirəm ki, onun əslən şotlandiyalı olduğunu bilirsiz. Yəni qolf və Tramp eyni torpağın yetişdirməsidi.

Azərbaycanda da qolf oyunu bir aralar babat “oborot” götürmüşdü. Böyük Qafqaz dağlarının ətəklərindən tutmuş ta Arana kimi qolf meydançaları tikilirdi. Hətta Azərbaycan Milli Qolf Federasiyası da yaratdılar. Sual verə bilərsiz ki, qolfun millisi, beynəlxalqı olur? Əlbəttə, sualınızda haqlısız. Cavab verim: bəli, olur. Milli qolf deyəndə standart top əvəzinə Ucar rayonunda fəailiyyət göstərən “Mərcan Broyler”in istehsal etdiyi yumurtalar istifadə edilir.

Məlumatı olmayanlara xəbər verim ki, Azərbaycan Milli Qolf Federasiyasının rəhbəri Anar Məmmədovdu. Həmin Anar Məmmədov ki, ABŞ-ın hazırkı prezidenti Donald Trampla yaxın dostular. Anar bəyin atası təvazökarlıq edərək bu barədə jurnalistlərin sualına cavab vermişdir ki, Tramp xalam oğlu deyil, əmim oğlu deyil. Amma bütün Qafqaz bilməsə də, Azərbaycanda pəpə yeyəndən məmə deyənə kimi bilirlər ki, Trampın prezident seçildiyi günün səhərisi Anar bəy başının dəstəsinə böyük ziyafət vermişdir.

Burdan da o qənaətə gəlmək olur ki, Anar bəy qolf idman növünü Azərbaycana gətiribsə, bu, onun cənab Trampa olan sevgisindəndi.
Trampın qolf sevdalısı olmasını məncə, əsaslandıra bildim.

İndi isə keçək cənab Trampın futbol aşiqliyinə. Burda əsaslandırma lemma isbatı kimi bir şeydi. Yəni köməkçi teorem. Başlayaq əsaslandırmağa.

Dəyərli oxucularımızın çox güman ki, xəbəri var. Deməli, Türkiyədə yaşayan azərbaycanlı biznesmen Mübariz Mənsimovun Donald Trampın innaqurasiyasında iştirak etməsi ilə bağlı sayt və “sayıtlar”da xəbər dolaşmağa başladı. Mənsimovun Trampla fotoları-filan. Fotolara 11 metrəlik məsafədən baxanda bunun fotoşop olduğu açıq-aydın görünürdü.

Mübariz Mənsimov Azərbaycan futbol təsərrüfatında fəaliyyəti olmuş adamdı. Bu arada, 11 metrəlik demişkən, yadıma Mübariz Mənsimovun futbol sevdalısı olması düşdü. Qurub-yaratdığı “Xəzər Lənkəran” klubuna AFFA “canavarlar”ının təzyiqi və klubun idarəetməsində başıpozuqluğu aradan qaldıra bilməməsinə görə, sözün açığı, məndə onun uğurlu biznesmen yox, bəxti gətirən adam təəsuratı yaratdı.

Sentimentallığa qapılmadan söhbətimizi davam etdirək. Deməli, Mənsimov ABŞ-da olub və hədəfinin ABŞ olduğunu bildirib. ABŞ-da isə ən populyar üç idman növündən biri amerikan futboludu. İndi məni qorxu götürüb ki, birdən Mübariz Mənsimov Azərbaycanda amerikan futbolu yaratmağa başlaya. Çal oynasın, vur çatlasın ondan sonra başlayacaq. Adını da qoya Azərbaycan Milli Amerikan Futbolu Federasiyası.

Deyəsən, lemmanı subut edə bilmədim.

P.S. Amerikan futbolunda top dəyirmi deyil, elleps formasındadı. Yəni yumurtanın xeylax böyük forması.


 
tarix: 31-01-2017 11:40

 



Xəbərlər
23.03.2017
21:06 Reytinq açıqlandı - Millimiz yerində saydı
20:35 Qvardioladan maraqlı qadağa
19:57 Lider belə "sülh bağladı" - Video
19:20 Mətbuat onun barəsində mənfi fikir yaratdı - Mançini 
18:28 “Birincilər”in oyun cədvəli açıqlandı
18:19 Onun da hakerlərlə problemi yarandı - Fotolar
17:35 5 qol vuruldu, “Zaqatala”…
17:17 “Olimpiakos”da yeni baş məşqçi
16:42 “Real” mənim üçün böyük klub deyildi”
16:18 Arda Çinə gedəcək? - Burak Yılmazın dediyinə görə...
15:21 Messi maykası altında narkotika ticarəti - Foto 
14:47 “Beşiktaş”ın Əmrə Mor planı
14:13 Messinin cəzası yaddan çıxdı!
13:20 Prosineçki: Almaniyaya uduzmasaq…
12:14 Bizə müəyyən vaxt lazım idi ki... - Yoahim Löv
11:29 Günün oyunları - TV
11:06 Millimizin rəqibindən böyük hesablı qələbə - Video
10:45 “Leyptsiq”in hücumçusu Bakıya gətirilməyəcək
10:28 Ürəyim Azərbaycanla döyünür - Renat Dadaşov
04:26 Nainqqolan “Çelsi”yə gedir? - Konte ilə danışmışam 
02:20 Podolski milliyə möhtəşəm qolla vida etdi - Video
02:08 ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı
01:46 Almaniya millisi Bakıya qalib kimi gəlir
01:28 “Barselona”nın sabiq prezidenti dünyasını dəyişdi
00:12 Huntelaar “ev”ə qayıdır?
22.03.2017
23:06 Bu cür hadisələr məni komandamdan ayıra bilməyəcək - Sneyder
22:15 Almaniya millisində daha bir itki
21:32 Vengerdən Sançes və Özil açıqlaması 
20:09 AFFA-dan rəqibə azarkeşlik edənlərə atmaca - Foto 
19:48 Abubakar hamıdan üzr istədi - Bunun bir daha təkrarlanmaması üçün...
18:52 "Şalke"nin "havayı" ulduzuna 6 nəhəng göz dikib
18:17 Super Liqa klubunda yeni baş məşqçi
17:41 Bakarandze qol vurdu, millimiz...
16:45 Azərbaycan kuboku: Yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı
16:26 Mbappe üçün ilk fantastik təklif - 90 milyon avro 
15:49 462 günlük seriya qırıldı
15:37 Bir oyunda 5 yubiley
15:30 “Neftçi”nin üzvü millidən kənarlaşdırıldı
14:47 “Barselona” “Real”lının izində
14:12 “Zenit”in qızları - Fotolar
13:23 “Beşiktaş”dan Abubakara xəbərdarlıq
12:24 “İblislər”in sabiq baş məşqçisi “fillər”lə anlaşdı
11:42 Günün oyunları - TV
11:16 “Barselona”nın sabiq hücumçusu “Fənərbaxça” yolunda
10:19 "Qəbələ" rəsmiləri Kapellonun mühazirəsində
01:16 Dünyanın ən yaxşı qapıçısı... - Buffon 
00:09 Millimizin oyununu bu xanım şərh edəcək - Fotolar 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az