Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları


Bəziləri deyir qızımızın ayağı əyri, kobud olacaq - Müsahibə

Əməkdar məşqçi İradə Quliyeva AFFA-nın saytına müsahibə verib.

Komanda.az həmin müsahibəni təqdim edir:

- 2016-cı ilin sonunda “Əməkdar məşqçi” fəxri adı aldız. Təbrik edirik. Deyəsən, xoş sürpriz oldu?
- Açığı, gözləmirdim. Amma xəbəri eşidəndə çox sevindim. Əməyimizin qarşılığının dövlətimiz tərəfindən verilməsi mənim üçün xüsusi hadisədi.

- Artıq tarixin bir səhifəsinə çevrilən 2016-cı il yaddaşınızda daha nə ilə qalacaq?
- İlin heç də xoş xatirələrlə zəngin keçdiyini deyə bilmərəm. Amma fəxri adla təltif edilməyimiz yaşadığımız çətinlikləri bir qədər unutdura bildi.

- Karyeranızı heç vərəqləyirsizmi?
- Təbii ki, hərdən ötən günləri xatırlayıram. Futbol oynamağa 1980-ci ildə başladım və “Spartak” stadionunun daimi üzvünə çevrilmişdim. “Bakinka” komandasında çıxış edirdim. Kifayət qədər güclü heyətimiz var idi. Təsadüfi deyil ki, 1981-ci ildə SSRİ çempionatının bürünc medalını qazandıq. İlləri ardıcıllıqla xatırlamağa ehtiyac duymuram. Əsas yadda qalan məqam isə 2006-cı ildə “Kömrükçü” komandası ilə Çempionlar Liqasının 1/4 finalına yüksəlməyimiz oldu. Eyni zamanda, qadınlardan ibarət milliyə dəvət aldım, kapitan sarğısını da daşıdım, sona yaxın isə oynayan-məşqçi kimi kömək etdim.

- SSRİ dövründə də futbol oynamısz, müstəqillik illərində də. Futbola maraq necə idi, müqayisə apara bilərsizmi?
- SSRİ dövründə qızları futbola cəlb etmək çox çətin idi. Ailələri buraxmırdı, buna görə də komandalar əziyyət çəkirdi. Bir neçə il əvvələ qədər də eyni mənzərə hakim idi. Amma son illərdə görülən işlərin, aparılan təbliğatın effekt verdiyini çəkinmədən deyə bilərəm. Artıq valideynlər uşaqlarını futbolla məşğul olmaqdan çəkindiməyə cəhd etmirlər, əksinə, kömək etməyə çalışırlar.

- Futbolçu olmaq üçün siz hansı maneələri dəf etmisiz?
- Bəxtim onda gətirib ki, idmançı ailəsində göz açmışam. Atam SSRİ-nin əməkdar məşqçisidi. Anam da idman ailəsinin üzvüdü. Qardaşım futbolçu olub, hazırda məşqçi kimi fəaliyyət göstərir. Yəni ailədə əksəriyyət futbola bağlı olub. Buna görə də mənim futbolçu olmağıma kimsə qırmızı işıq yandırmayıb, yolum rahat olub. Düzdü, ictimai qınaq var idi. Bəzən rəfiqəmə deyəndə ki, gedək futbol oynayaq, qəribə qarşılayırdı.

- Çox vaxt ailələr futbolun “kişi işi” olduğunu deyib, qızlarının futbol oynamasına əngəl yaradırlar. Görülən işlər bu stereotipi dağıda bilibmi?
- Hazırda U-13 liqasında çıxış edən qızlardan ibarət komandamız var. Çətinliklər tam aradan qalxmayıb. Bəziləri deyir qızımızın ayağı əyri, kobud olacaq, dərslərindən yayınacaq və s. Valideynlərlə mütəmadi söhbət edirik, bəzən onlarla mübahisə etməkdən də çəkinmirik. Çalışırıq ki, qızları bu sahədən yayındırmasınlar. Görüləsi işlər çoxdu.

- Ölkəmizdə qadın futboluna yaradılan şərait, görülən işlər və perspektivlər nə vəd edir?
- Yaradılan şərait, görülən işlər haqda xöş sözlər demək olar. Federasiya da dəstəyini əsirgəmir, istəyirlər qadın futbolu inkişaf etsin. Qadın futbolunda böyük perspektiv var. Əsas odu ki, valideynlər bu sahənin inkişafı üçün səylərini əsirgəməsinlər. İdman həm də sağlamlıqdı.

- Artıq məktəblərdə futbol dərsləri də təsdris olunur. Layihə məktəblilərin bu sahəyə axınına kömək edirmi?
- 2009-cu ildən məktəblərdə layihələr başlandı. İlk vaxtlar şagirdlərə deyəndə ki, sabah futbol oynayacağıq, qızlar üzümüzə baxıb, sual verirdilər ki, nə futbol?! Əksəriyyəti heç dərsə gəlmirdi, idman geyinləri gətirmirdilər. Amma bu gün özləri deyirlər ki, futbol oynayaq. Bu layihə sayəsində futbolun inkişafı üçün təməl qoyuldu, kütləvilik artdı.

- Seleksiya vaxtı necə, təəccübləndiyiniz və təəssüfləndiyiniz məqamlar olurmu?
- 2012-ci ildə ölkəmizdə keçirilən dünya çempionatı ilə əlaqədar seleksiya işlərinə cəlb edildik. Rayonlarda qızların futbol bacarığını yoxlayan zaman fərqli suallar eşidir, münasibət görürdük. Buna təəssüflənirdim, amma DÇ-yə görə komandanı mütləq formalaşdırmaq lazım idi. Çətinliklərə dözürdük ki, təki işimiz uğurla yekunlaşsın. Halbuki həmin uşaqların arasında bu gün istedadı ilə seçilən qızlar da vardı. Həmin qızların bir neçəsi xarici klublara keçdi.

- Valideyinlər necə, oyunlara gəlirlərmi?
- İndi maraq artıb. Hətta məşqlərimizi də izləməyə çalışırlar. Sayları az olsa da, maraq yaranıb. Bəzən valideyn özü gəlib, xahiş edir ki, qızımız məşqlərə qoşulsun.

- DÇ-2012-nin ölkəmizdə qadın futboluna marağın yaranmasına təsirinin izləri hiss olunurmu?
- Əsas axın bu yarışdan sonra başladı. Sanki SSRİ dövründəki qadın futbolu yaddan çıxdı, yeni səhifə açıldı. Əvvəllər cəmi 3-4 komanda var idi, amma bu gün 4 liqa təşkil edilir və komandaların sayı kifayət qədərdi.

- Kütləvilik artıb, qızların futbolçu kimi potensialı nə vəd edir?
- Çoxluq arasından seçim etmək daha rahatdı. Kütləvilik artıb, keyfiyyəti də yüksəlməyə çalışırıq. Bu, klub məşqçilərinin görəcəyi işdir. Yenə deyirəm, çox çalışmaq və səbrli olmaq lazımdı. Amma perspektivli futbolçularımız az deyil.

- Liqaları izləyirsizmi?
- U-13 liqasında komandam iştirak edir. Boş vaxtım olanda digər liqaların oyunlarını izləyirəm. Yəni ömrümüzü bu sahəyə həsr etmişik, başqa cür mümkün deyil.

- Əsas millinin bir neçə üzvü xarici klublarda çıxış edir. Onlarla əlaqə saxlayırsızmı?
- Əlbəttə, yaş fərqimizin çox olmasına baxmayaraq, rəfiqəyik. Bir-birimizi dinləyir, ehtiyac yaranarsa, məsləhətləşirik. İndi elə dövrdü ki, ailə, ev üçün darıxmaq vaxtı deyil. İnternetlə hər gün əlaqə saxlamaq mümkündü. Əksinə, bu imkandan, fürsətdən maksimum istifadə etmək, uğurlu karyera qurmaq, daha güclü kluba keçmək lazımdı.

- Hazırkı futbolçulardan hansı sizin oyun üslubunuzu xatırladır?
- Əminə Heydərova. O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim. Oynadığı dövrdə mütəmadi ünsiyyətdə olurduq. Bildiyimizdən, təcrübəmizin qazandırdığından tövsiyələrimizi verirdik.

- Məşqçilik kurslarına qatılırsızmı?
- B kateqoriyalı məşqçi lisenziyasına sahibəm. AFFA-nın xətti ilə ölkə xaricində təşkil edilən bir neçə seminara qatılmışam. Razıyam ki, bu sahədə çalışırıqsa, mütəmədi yeniliklərlə tanış olmalı, üzərimizdə işləməliyik.


 
tarix: 12-01-2017 11:10

 



Xəbərlər
18.01.2017
15:52 Ozobiç: Mənim üçün ən vacib məsələ... - Video
15:42 Türkiyədə Ərtoğrul Sağlam şoku - Foto 
15:27 Alonsodan şok qərar - Rəhbərliyi məlumatlandırıb
15:05 "Kəpəz"in zədəlisindən xəbər var
14:45 İngiltərənin ən yaxşı futbolçusu kimdi? - Messi açıqladı
14:23 AFFA U-17 ilə başladı
14:20 Daha bir turnir təşkil ediləcək - Okeanın o tayında
14:11 Türkiyə klubları ilə qarşılaşacağımıza inanıram - Qurban Qurbanov
13:34 Paraqvay mətbuatı: “Neftçi” Kardoso ilə müqavilə bağladı
13:23 Azərbaycanlı pəhləvanları aldatdılar - Gürcüstanda
12:45 Yeznəmi və qardaşını bacıma görə öldürdüm - Azərbaycanlı idmançı
12:27 “İnter” rumınlara qarşı - Bu gün
12:14 Azərbaycan cüdo yığmasının yeni baş məşqçisi kim olacaq?
12:00 “Zirə”nin “Dordoy” sınağı - Bu gün
11:48 “Ludoqorets” - “Arsenal” matçında azərbaycanlı hakim
11:22 Günün oyunları - TV
11:16 “Neftçi” onların qarşısında “sülh bağladı”
11:10 Super Liqa klubundan Sağlam qərar
10:58 Kamran Ağayevin cəzası məlum oldu
10:46 “Qarabağ” Rumıniya klubuna qarşı - Bu gün
10:26 Rivaldo "Nou Kamp"a qayıtdı - "Barsa"da oynayacaq
10:05 İspaniyada daha bir istefa - Onu da qovdular
06:19 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
03:58 Onun üçün özümü körpüdən də ataram - Rakitiç 
02:52 “İnter” əlavə vaxtda sevindi 
02:33 Benteke “Kristal Pelas”ı xilas etdi
01:51 Mövsümün həlledici hissəsinə yüksək səviyyədə hazır olacağıq - Ürfan Abbasov
01:41 Afrika Millətlər Kuboku: Misir "sülh"lə başladı
01:38 Millimiz estonları belə məğlub etdi - Video
01:36 Hansı yeri tutmaq bizim üçün o qədər də vacib deyil - Təbriz Həsənov
01:05 MY-dən yeni müqavilə
00:38 "Neftçi"dən məhsuldar heç-heçə - Video
00:12 Demiçelis özünə yeni klub tapdı - Yenə La Liqada 
17.01.2017
23:07 Ufuk Budak 90 dəqiqə oynadı 
22:48 Millimiz Belarusla qarşılaşacaq
22:38 Yığmamızdan böyük hesablı qələbə
21:06 "Kəpəz" AZAL-a uduzdu
20:42 Millimizin hücumçusu fərqlənsə də...
19:58 "Neftçi" yenə qələbəyə həsrət qaldı
19:10 O, Droqbanın transferinə qarşıdı - Kanadada demək olar, oynamırdı
18:18 “Traktorsazi” büdrədi
17:47 Abramoviç Dieqo Koştayla bağlı qərar verdi
17:30 “Fənərbaxça”nın prezidentinə cəza 
16:52 Millimizin hücumçusuna rumıniyalı rəqib
16:32 Maradona yenə Peleyə ilişdi - İkinci olmağa məcburdu 
16:12 Xavi Messidən danışdı - ...şübhəm yoxdu 
15:52 “Trabzonspor”un heyəti açıqlandı - Şeydayev...
15:28 Mourinyonun sığalı, Ferqyusonun şərab içməsi - Yazı+Fotolar
15:14 “Yuventus” loqosunu dəyişdi, ara qarışdı - Foto 
14:50 "Kəpəz" birinci divizion təmsilçisiylə bacarmadı
14:31 “Qarabağ” məşqə çıxdı, Əmirquliyev...
14:20 Vidadi Rzayev keçmiş komanda yoldaşını tapdı - Tbilisidə
14:10 Yalnız “Marsel”ə getmək istəyir - Ailəsinə görə
13:07 “Tosno” - “Neftçi” matçı üçün azərbaycanlı hakim
12:38 “Səbail”dən növbəti transfer
12:22 Məşhur stadion dağılır - Sahib çıxan yoxdu
11:41 Günün oyunları - TV
11:10 Millimizin məğlubiyyətini onlar da izlədi
11:03 Aleksis Sançes etiraf etdi - Cinayət törətdiyini
10:44 “Uembli”də rekord qırılacaq - Onların döyüşündə
10:26 Neymar hamıdan bahadı - Ronaldo xeyli ucuzlaşıb
10:05 Məşhur hollanddan gözlənilməz qərar - Karyerasını bitirdi
03:24 “Real” və ya “Barselona”ya gedə bilərdim, ancaq... - Poqba 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az