Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları


Turnir cədvəlində yerimiz ürəkaçan deyil - "Kəpəz"in üzvü

“Kəpəz”in əvəzedici heyətinin kapitanı Qaraxan Əliyevin klubun saytına müsahibə verib.

Komanda.az həmin müsahibəni təqdim edir: 

- Qaraxan, əvvəlcə istərdim ki, məşq prosesi ilə bağlı fikirlərini öyrənək.
- Məşqlər gözlənildiyi kimi ağır keçir, bir müddət istirahət etdiyimizdən təbii ki, müəyyən çətinlik var. Amma vəziyyətə uyğunlaşmağa çalışırıq. Hazırlıq prosesinin çətin keçməsi, ağır fiziki yükləmələrin olması, əslində başa düşüləndi. Çünki əziyyət çəkməsək, bunun bəhrəsini görə bilmərik. İndi ağır olsa da, yaxşı hazırlaşsaq, çempionatda bizə rahat olacaq.

- Komandanın kapitanı kimi özünün hazırlığını necə qiymətləndirirsən?
- Bir həftədi ki, məşq edirik, hər şey yaxşılığa doğru gedir. Çatışmayan cəhətlərimiz var və çempionatın startına kimi bunları aradan qaldırmağa çalışacağıq. Komandaya yeni qoşulan yeniyetmələrə və gənclərə baxanda biz köhnələr hardasa təcrübəli sayılırıq. Ona görə də həmin uşaqlara yaxşı nümunə olmalıyıq. Bu səbəbdən də məşqlərdə daha çox öz üzərimizdə çalışmalı, inkişaf etməliyik. Məşqlərə ciddi yanaşmaq, verilən tapşırıqları yerinə yetirmək hər bir futbolçunun borcudu.

- Turnir cədvəlində mövqeyiniz heç də yaxşı deyil. İlk iki dövrənin yekunu haqda nə demək olar?
- Düzdü, turnir cədvəlində yerimiz ürəkaçan deyil. Buna baxmayaraq yaxşı oyun göstərdiyimizi söyləyə bilərəm. Amma çempionatda xalı yaxşı oyuna yox, nəticəyə verirlər. İnşallah, fasilə müddətində ciddi hazırlaşıb, mövsümün ikinci yarısında daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Hər şeyin düzələcəyinə və komandamızın mövsümün sonunda “Kəpəz”in adına layiqli yerdə olacağına ümid edirəm.

- Ötən il “Kəpəz”in əsas komandasında debüt etməklə arzunu gercəkləşdirdin. Düşünürəm ki, məqsədin mütamadi olaraq əsas komandaya çağırılmaqdı.
- Bəli, düz deyirsiniz. “Şahdağ”la kubok matçında oynamaq imkanı əldə etdim və buna görə sevincliyəm. Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”də oynamaqdı. Zamanla arzumuzu həyata keçirməyə səy göstəririk. Fikrimcə, debütüm də pis alınmadı. Qələbə qazanmaqla mərhələ adladıq. Baş məşqçimiz Şahin Diniyevin də oyunumdan narazı qalmadığını düşünürəm. Yenə dəvət gözləyirəm.

- Şahin Diniyev “Kəpəz”də yerli futbolçuların oynamasında maraqlıdı. O, bu planda gəncləri daha çox önə çəkməyə çalışır. 
- Elədi, Şahin müəllimin oyun prinsipinə, seçiminə bələdik. Ona görə də öz vaxtımızı gözləyirik, şans qazanmağa çalışırıq. Gəncəli futbolçu kimi doğma meydanımızda, azarkeşlərimizin qarşısında oynamağa çox həvəsliyik. İstəyimiz futbolsevərlərin oyunlarımıza baxıb bizimlə fəxr etməsidi. Şəxsən mənim əsas istəyim budu. Əvəzedici heyətdəki çıxışımla məşqçilərin etimadını qazanıb, əsas komandada möhkəmlənməyi arzulayıram. 


 
tarix: 11-01-2017 20:10

 



Xəbərlər
20.01.2017
05:19 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
03:17 "Qəbələ"dən qolsuz "sülh" - Video
02:23 İtaliya kuboku: Son vəsiqə “Roma”nın oldu
02:16 İspaniya kuboku: “Atletiko” və “Barselona” yarımfinala bir addım yaxınlaşdı
01:48 "Neftçi" rumınlarla da bacarmadı - Video
01:12 Afrika Millətlər Kuboku: Seneqal mərhələ adladı
00:56 “Beşiktaş” qalib gəldi, “Başakşəhər” autsayderlə bacarmadı
00:43 "İnter"in Antalyada ilk qələbəsi - Video
00:40 "Sumqayıt" qazaxlara belə uduzdu - Video
00:37 "Şəmkir" "Dnepr"ə uduzdu
00:32 "Səbail" məğlubiyyətlə başladı
19.01.2017
22:39 Oyun istədiyimiz axarda getmədi - Svanadze
22:25 Millimiz ərəblərə uduzdu
21:47 "Turan Tovuz"dan 6 cavabsız qol
21:40 "Kəpəz" birinci divizion klubuna "2" verdi
21:34 Narazılıq üçün əsas yoxdu - Qriqorçuk
21:21 "İnter" ilk qələbəsini qazandı
20:16 "Qəbələ" qazaxlarla bacarmadı
19:58 "Neftçi" Antalyanı qələbəsiz tərk edir
19:44 "Sumqayıt" yenə uduzdu
19:30 DÇ-də oynamayan 10 əfsanə - Vea, Kantona...
18:20 Lempardın siqarı - Yazı+Fotolar
17:41 Lukaku “Çelsi”yə gedir? - Siz nə yazırsızsa, yazın
17:09 Ramosa və anasına belə dəstək oldular - Foto
16:42 “Kəpəz” 1-ci divizion komandasını məğlub etdi
16:25 Məşhur hücumçu həvəskarlar liqasında!
16:13 "İdman müəlliməsi"nin şousu - Fotolar
15:44 “Borussiya” onu itirdi - Azı 6 həftə oynamayacaq
15:20 Bu da Sankt-Peterburqun loqosu - Foto
15:07 “Barsa” Ardanı satmağa hazırdı - Messiyə görə
14:22 Dünyanın ən çox qazanan 30 klubu - Siyahı 
14:08 UEFA-dan “Qarabağ”a - 980000 avro
13:30 Memfis Depayın yeni klubu bəlli oldu
12:45 Azərbaycanlı hakimlərin “menyu”su
12:36 “Kəpəz” mənə yeni müqavilə təklif etsə… - Müsahibə
12:14 “Qarabağ”la “Qəbələ” oynadı, onlar izlədi
12:10 AFFA-nın “qara bazar” dərdi - Müsahibə
11:52 Menecerdən açıqlama: "Adanaspor" Reynaldonun istədiyi pulu vermədi
11:27 Günün oyunları - TV 
11:16 “Boavişta” bəyanat yaydı - Kamran Ağayevə görə
10:44 Gizlətmirəm, komandada nəsə baş verir - Zidan

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az