Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Amit müqaviləsinin mürəkkəbi qurumamış danışdı: Allaha şükür edirəm ki...

“Sumqayıt” klubundan ayrılan Amit Quluzadənin Yunanıstanın Super Liqa təmsilçisi AEL-lə müqavilə bağladığını xəbər vermişdik

Bu gün yeni klubu ilə 2,5 illik müqavilə bağlayan 24 yaşlı yarımmüadiəçi Komanda.az-ın suallarını cavablandırdı:

- Amit, təbrik edirik. AEL-ə keçidin necə baş verdi?
- Yunanıstanlı skautlar 6-7 ay idi ki, məni izləyirdilər. Hətta yayda demişdilər ki, bir klub var, ora keçidim mümkündü (adını demək istəmir). Amma razılaşmadım onda. Dedim ki, 6 ay da “Sumqayıt”da qalmaq istəyirəm. Çünki karyeramın enişdə olduğu vaxtda bu komanda mənə qucaq açmışdı.

- Bundan əvvəl də legioner həyatı yaşamısan. Sənə Yunanıstanda elə də çətin olmamalıdı...
- Bura necə deyərlər, daha təcrübəli, “bərkimiş” futbolçu kimi gəlmişəm. Artıq nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilirəm. İnşallah, görək də, qismət. Əlimdən gələni edəcəm ki, Azərbaycan xalqını burda yaxşı təmsil edim.

- Yeni klubun haqda nə bilirsən?
- AEL haqda onu bilirəm ki, səhv etmirəmsə, həm Yunanıstan çempionu olub, həm də kubok qazanıb. Tarixi olan bir klubdu. Sıradan bir komanda deyil, Yunanıstanda adı olan klub sayılır. Allaha şükür edirəm ki, belə bir klubla müqavilə bağlamışam və azərbaycanlı futbolçu olaraq Yunanıstan Super Liqasında çıxış edəcəm.

- Yeni komandanda legionerlər çoxdu?
- Belə deyim də, legionerlər var AEL-də. Az deyil, çoxdu.

- Səni orda necə qarşıladılar?
- Sözün düzü, həm klub prezidenti, həm də digər işçilər məni çox isti qarşıladılar. Mənə çox dəstək oldular. Onlara çox sağ ol deyirəm. Özümü burda hələ ki, yaxşı hiss edirəm.

- Yunanıstan klubunda alacağın məvacib “Sumqayıt”dakından çox olacaq, ya az?
- Düzü, maddi məsələlər haqda danışmaq istəmirəm. Hər halda, “Sumqayıt”da aldığımdan daha çox olacaq. Mənim üçün əsas olan karyeramdı, perspektivdi. “Sumqayıt” klubuna isə öz təşəkkürümü bildirirəm. “Sumqayıt” rəhbərliyinin mövsümün əvvəlində mənə verdiyi bir söz var idi. Klubun prezidenti Kamran Quliyevə, menecer Ceyhun Sultanova, baş məşqçi Samir Abasova öz təşəkkürümü bildirirəm. “Sumqayıt”la 6 aylıq müqaviləm qalmasına baxmayaraq, mənim yolumu açdılar. Baxmayaraq ki, bu komandanın orta sahəsində oyunçu çatışmazlığı var idi. Bir daha təşəkkürümü bildirirəm onlara.

Kürşad


 
tarix: 11-01-2017 15:08

 



Xəbərlər
23.03.2017
13:20 Prosineçki: Almaniyaya uduzmasaq…
12:14 Bizə müəyyən vaxt lazım idi ki... - Yoahim Löv
11:29 Günün oyunları - TV
11:06 Millimizin rəqibindən böyük hesablı qələbə - Video
10:45 “Leyptsiq”in hücumçusu Bakıya gətirilməyəcək
10:28 Ürəyim Azərbaycanla döyünür - Renat Dadaşov
04:26 Nainqqolan “Çelsi”yə gedir? - Konte ilə danışmışam 
02:20 Podolski milliyə möhtəşəm qolla vida etdi - Video
02:08 ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı
01:46 Almaniya millisi Bakıya qalib kimi gəlir
01:28 “Barselona”nın sabiq prezidenti dünyasını dəyişdi
00:12 Huntelaar “ev”ə qayıdır?
22.03.2017
23:06 Bu cür hadisələr məni komandamdan ayıra bilməyəcək - Sneyder
22:15 Almaniya millisində daha bir itki
21:32 Vengerdən Sançes və Özil açıqlaması 
20:09 AFFA-dan rəqibə azarkeşlik edənlərə atmaca - Foto 
19:48 Abubakar hamıdan üzr istədi - Bunun bir daha təkrarlanmaması üçün...
18:52 "Şalke"nin "havayı" ulduzuna 6 nəhəng göz dikib
18:17 Super Liqa klubunda yeni baş məşqçi
17:41 Bakarandze qol vurdu, millimiz...
17:34 “Turan Tovuz” xal itirdi, “Şahdağ” uduzdu
16:45 Azərbaycan kuboku: Yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı
16:26 Mbappe üçün ilk fantastik təklif - 90 milyon avro 
15:49 462 günlük seriya qırıldı
15:37 Bir oyunda 5 yubiley
15:30 “Neftçi”nin üzvü millidən kənarlaşdırıldı
14:47 “Barselona” “Real”lının izində
14:12 “Zenit”in qızları - Fotolar
13:23 “Beşiktaş”dan Abubakara xəbərdarlıq
12:24 “İblislər”in sabiq baş məşqçisi “fillər”lə anlaşdı
11:42 Günün oyunları - TV
11:16 “Barselona”nın sabiq hücumçusu “Fənərbaxça” yolunda
10:19 "Qəbələ" rəsmiləri Kapellonun mühazirəsində
01:16 Dünyanın ən yaxşı qapıçısı... - Buffon 
00:09 Millimizin oyununu bu xanım şərh edəcək - Fotolar 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az