Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları


Sorğu: Lap 78 iştirakçı olsa belə, Azərbaycan millisinə ora yol görünmür

FİFA-nın 2026-cı ildən etibarən dünya çempionatlarının final mərhələsində 48 komandanın iştirak etməsiylə bağlı qərar qəbul etdiyini xəbər vermişdik. Dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının artırılması futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Ancaq sirr deyil ki, bu qərar, kiçik futbol ölkələrinin dördilliyin ən mötəbər futbol yarışında iştirak şanslarını artırır. Bəs komanda sayının artırılması həmişə bu yarışa kənardan tamaşa edən Azərbaycan millisinə nə vəd edir?

Bununla bağlı idman mətbuatının nümayəndələrindən bəzilərinin fikirlərini öyrəndik. Onlara iki sualla müraciət etdik:

1. DÇ-də 48 komandanin olmasına münasibətiniz necədi?
2. Sizcə, bu, Azərbaycan millisinin DÇ-nin final mərhələsinə yolunu aça bilərmi?

Vüsal Mahmudov (futbolinfo.az)

“İndiki halda Avropaya bu yarış üçün 16 yer ayrılıb. Nəzəri cəhətdən şans daha da artıb. Lakin razılaşaq ki, bunun üçün qitənin 20-30 ən yaxşı komandasından biri olmalısan. Reallıq isə bundan xeyli uzaqdı. Ona görə də, bu dəyişikliyin bizə ciddi təsiri olmayacaq. Bəlkə də, ümidlər artacaq, nisbətən şanslı görünəcəyik, amma final mərhələsinə yüksəlmək üçün komandamız yoxdu. Düzünə qalsa, heç o potensialı da görmürəm. Bu qərarın futbola böyük ziyan vurduğunu da qeyd edim. Artıq dünya çempionatlarında nostalgiya qalmayacaq, daha çox ekzotik oyunlar, aşağı səviyyəli matçlar izləyəcəyik”.

Ruslan Mikayıllı (azerisport.az)

“Dünya çempionatının final mərhələsində komandaların sayının artırılmasına münasibətim normaldı. Avropa çempionatında 24 komanda oynayırsa, dünya çempionatında komandaların sayının 48 olması normal haldı. Düzdü, daha çox oyun daha maraqlı turnir demək deyil, amma çox ölkənin iştirak etməsi sevindiricidi. İstərdim ki, Avropaya düşən “kvota” daha böyük olsun. Millimizə gəlincə isə, mundiala qatılmaq üçün inkişaf etməlidi. Dünya çempionatının final mərhələsində 78 komanda olsa belə, millimiz zəif olsa, turnirə televizordan baxmağa davam edəcəyik”.

Amal Abuşov (sport7.az)

“UEFA və FİFA kommersiya maraqları naminə dünya futbolunu alt-üst etməkdədi. Mişel Platini Çempionlar Liqasının başına oyun açdı. Bu turnirdə mənasız, formal oyunların sayı-hesabı bilinmir. İndi də əllərini dünya çempionatına uzatdılar. Deməli, mundiala da 1/4 final mərhələsindən baxmağa məcbur olacağıq. Lap 78 iştirakçı olsa belə, Azərbaycan millisinə ora yol görünmür”.

Kənan Məstəliyev (rekord.az)

“Bu baxımdan istənilən yenilik Azərbaycan yığmasının yolunu açmaq baxımından xeyirdi. Sualınıza cavabım "hə"di. Ancaq ümumilikdə bu qərarı biabırçılıq sayıram. Yarışın səviyyəsi fiaskoya uğrayacaq. Onsuz da dünyada "ayağı top tutan” 40-50 normal yığma ola, ya olmaya. Vacibdi ki, hamısı oynasın DÇ-də? İlkin mərhələdəki oyunlar konkret nümunəvi çıxışlara oxşayacaq”.

Elçin Cəlilov (futbolpress.az)

“Dünya çempionatı ora çıxmağın çәtin yollardan ibarәt olduğu bir yarışdı. 48 komanda olsa, qarışıqlıq düşәcәk. Maraqsız oyunların sayı artacaq. FİFA-nın bu qәrarını anlamaq olur, qurum üçün gәlirlәr artır vә belә mötәbәr yarışda iştirak elәmәk şansı az olanlara da bu sevinc qismәt olur. Karnaval әhvalı yarana bilәr vә s. Ancaq Azәrbaycanın belә şansı heç yoxdu. Gәrәk heyәtin azı 95 faizini legionerlәrdәn toplayasan. Azәrbaycanın DÇ-yә çıxmaq üçün fiziki, psixoloji vә mәnәvi hazır “11-liy”i yoxdu”.

Emin Abbasov (CBC Sport)

“FİFA-da əyləşənlər anlamaq istəmirlər ki, dünya çempionatında iştirakçıların say artımı keyfiyyəti yox, kəmiyyəti artıracaq. Qruplarda 3 komandanın yer alması və onlardan ikisinin pley-off-a çıxması özü də çox uğursuz bir reqlamentdi. Mənə elə gəlir ki, bu qərar DÇ-nin səviyyəsini aşağı salacaq. Azərbaycan millisinə gəlincə, 2026-cı ildə millimizin hansı səviyyədə olacağına dair heç bir ehtimalım yoxdu. Bəlkə yaxşı, bəlkə indikindən də pis... Amma ümumi götürəndə, bu qərarın bizim üçün xüsusi bir avantaj olduğunu demək olmaz. Niyə? Son dünya çempionatında Avropadan 13 yığma iştirak eləyibsə, yeni qərardan sonra bizim qitəyə 16 yer ayrılacaq. Yəni əlavə 3 yer. Bu gün millimiz Avropa çempionatında iştirak eləyən 24 komanda arasına düşə bilmirsə, DÇ-yə yollanan 16 komanda arasına necə düşəcək?”

İxtiyar Əsgərov (apasport.az)

“Fikrimcə, dünya çempionatının final mərhələsində iştirakçı komandaların sayının 32-dən 48-ə qaldırılmasında başlıca məqsəd FİFA-nın büdcəsinin daha da artırılmasına hesablanıb. Böyük ölkələr silah satıb pul qazandıqları kimi, böyük təşkilatlar - son vaxtlar müntəzəm maliyyə fırıldaqlıqlarında ittiham olunan ali futbol qurumu da pul qazanmağın yollarını daha yaxşı bilir. Özü də DÇ-yə can atan Asiya və Afrika ölkələrinin sayəsində. Bundan sonra mundiala marağın azalacağına inanmıram. Ötən il Fransada keçirilən Avropa çempionatından öncə də bu yarışın maraqsız olacağı barədə fikirlər səsləndi. Amma əvəzində İslandiya, Albaniya, Uels və Şimali İrlandiya kimi yığmalar sürprizləri ilə yadda qaldılar. Hər halda, dünya çempionatının favoritləri ilə debütantları arasındakı görüşlərin daha məhsuldar keçəcəyini proqnozlaşdırmaq olar. “Futbolun bəzəyi qoldu” deyirlərsə, bol qollu oyundan kim imtina edər? Azərbaycan yığmasının isə yaxın 20 ildə AÇ və DÇ-nin final mərhələsində oynayacağına inanmıram”.

Sərxan Musalı (Futbol+)

“Bu ideya DÇ-2026 üçün ortaya atılıb. AÇ-də 24 komandalı sistem maraqlı alındı. Düzdü, səviyyənin düşdüyünü deyənlər oldu. Ancaq çoxluq qitə birinciliyinin bu sistemindən razılığını ifadə etdi. UEFA da rekord məbləğdə gəlir əldə etdi. Yəqin FİFA da bundan ilham alıb, 48 komandalı sistemi sınaqdan keçirmək istəyir. Ancaq format hələ müəyyənləşmədiyindən, konkret fikir bildirmək olmur. Ən azı sınaq kimi bir mundialdan istifadə etmək olar. Amma yığmamız yerində saydığı müddətdə 64 komandalı DÇ də olsa, vəsiqə qazana bilmərik. Saxta eyforiyaya lüzum yoxdu. Hələ görək Prosineçkinin komandası bu tsikli necə başa vuracaq? Təəssüf ki, U-19 ümid vermir. Axı onların bir çoxu DÇ-2026-nın seçmə mərhələsində əsas yığmada yer alacaq. Litvayla bacarmayan millinin perspektivi dumanlı görünür”.

Elnur Həmidov


 
tarix: 10-01-2017 17:23

 



Xəbərlər
18.01.2017
15:52 Ozobiç: Mənim üçün ən vacib məsələ... - Video
15:42 Türkiyədə Ərtoğrul Sağlam şoku - Foto 
15:27 Alonsodan şok qərar - Rəhbərliyi məlumatlandırıb
15:05 "Kəpəz"in zədəlisindən xəbər var
14:45 İngiltərənin ən yaxşı futbolçusu kimdi? - Messi açıqladı
14:23 AFFA U-17 ilə başladı
14:20 Daha bir turnir təşkil ediləcək - Okeanın o tayında
14:11 Türkiyə klubları ilə qarşılaşacağımıza inanıram - Qurban Qurbanov
13:34 Paraqvay mətbuatı: “Neftçi” Kardoso ilə müqavilə bağladı
13:23 Azərbaycanlı pəhləvanları aldatdılar - Gürcüstanda
12:45 Yeznəmi və qardaşını bacıma görə öldürdüm - Azərbaycanlı idmançı
12:27 “İnter” rumınlara qarşı - Bu gün
12:14 Azərbaycan cüdo yığmasının yeni baş məşqçisi kim olacaq?
12:00 “Zirə”nin “Dordoy” sınağı - Bu gün
11:48 “Ludoqorets” - “Arsenal” matçında azərbaycanlı hakim
11:22 Günün oyunları - TV
11:16 “Neftçi” onların qarşısında “sülh bağladı”
11:10 Super Liqa klubundan Sağlam qərar
10:58 Kamran Ağayevin cəzası məlum oldu
10:46 “Qarabağ” Rumıniya klubuna qarşı - Bu gün
10:26 Rivaldo "Nou Kamp"a qayıtdı - "Barsa"da oynayacaq
10:05 İspaniyada daha bir istefa - Onu da qovdular
06:19 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
03:58 Onun üçün özümü körpüdən də ataram - Rakitiç 
02:52 “İnter” əlavə vaxtda sevindi 
02:33 Benteke “Kristal Pelas”ı xilas etdi
01:51 Mövsümün həlledici hissəsinə yüksək səviyyədə hazır olacağıq - Ürfan Abbasov
01:41 Afrika Millətlər Kuboku: Misir "sülh"lə başladı
01:38 Millimiz estonları belə məğlub etdi - Video
01:36 Hansı yeri tutmaq bizim üçün o qədər də vacib deyil - Təbriz Həsənov
01:05 MY-dən yeni müqavilə
00:38 "Neftçi"dən məhsuldar heç-heçə - Video
00:12 Demiçelis özünə yeni klub tapdı - Yenə La Liqada 
17.01.2017
23:07 Ufuk Budak 90 dəqiqə oynadı 
22:48 Millimiz Belarusla qarşılaşacaq
22:38 Yığmamızdan böyük hesablı qələbə
21:06 "Kəpəz" AZAL-a uduzdu
20:42 Millimizin hücumçusu fərqlənsə də...
19:58 "Neftçi" yenə qələbəyə həsrət qaldı
19:10 O, Droqbanın transferinə qarşıdı - Kanadada demək olar, oynamırdı
18:18 “Traktorsazi” büdrədi
17:47 Abramoviç Dieqo Koştayla bağlı qərar verdi
17:30 “Fənərbaxça”nın prezidentinə cəza 
16:52 Millimizin hücumçusuna rumıniyalı rəqib
16:32 Maradona yenə Peleyə ilişdi - İkinci olmağa məcburdu 
16:12 Xavi Messidən danışdı - ...şübhəm yoxdu 
15:52 “Trabzonspor”un heyəti açıqlandı - Şeydayev...
15:28 Mourinyonun sığalı, Ferqyusonun şərab içməsi - Yazı+Fotolar
15:14 “Yuventus” loqosunu dəyişdi, ara qarışdı - Foto 
14:50 "Kəpəz" birinci divizion təmsilçisiylə bacarmadı
14:31 “Qarabağ” məşqə çıxdı, Əmirquliyev...
14:20 Vidadi Rzayev keçmiş komanda yoldaşını tapdı - Tbilisidə
14:10 Yalnız “Marsel”ə getmək istəyir - Ailəsinə görə
13:07 “Tosno” - “Neftçi” matçı üçün azərbaycanlı hakim
12:38 “Səbail”dən növbəti transfer
12:22 Məşhur stadion dağılır - Sahib çıxan yoxdu
11:41 Günün oyunları - TV
11:10 Millimizin məğlubiyyətini onlar da izlədi
11:03 Aleksis Sançes etiraf etdi - Cinayət törətdiyini
10:44 “Uembli”də rekord qırılacaq - Onların döyüşündə
10:26 Neymar hamıdan bahadı - Ronaldo xeyli ucuzlaşıb
10:05 Məşhur hollanddan gözlənilməz qərar - Karyerasını bitirdi
03:24 “Real” və ya “Barselona”ya gedə bilərdim, ancaq... - Poqba 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az