Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Məmmədov “Qarabağ”la oyunu unuda bilmir - ...heç yadımdan çıxmayacaq...

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında “Kəpəz” ilk iki dövrənin yekunlarına əsasən, qış fasiləsinə 6-cı pillədə yollandı. Azər Məmmədovun başçılıq etdiyi komandanın 13 xalı var. 3 oyunda qələbə qazanan əvəzedicilər 4 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Komanda rəqib qapılarına 13 qol vuraraq, 20-ni buraxıb.

Komanda.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi klubun saytına birinciliyin ilk yarısını dəyərləndirərək, bunları deyib:

“Çempionatın ilk yarısını 6-cı yerdə başa vurmağımıza baxmayaraq, uşaqların göstərdiyi oyundan, mübarizə əzmindən və nizam-intizamdan çox razı qaldım. Bizdə komandada çıxış edənlərin hamısı yerli futbolçulardı, kənardan gələn yoxdu. Özünüz də bilirsiz ki, əvəzedici üçün Gəncədə oyunçu tapmaq indi müşkül məsələdi. Bununla belə, məqsədimizə çatmaq üçün çalışırıq.

Uşaqların çıxışı əsas komandanın baş məşqçisinin də diqqətini çəkib. Bu da sevindirici haldı. Şahin Diniyev gələcəkdə əsas komandada 7 futbolçunun oynaya biləcəyini bildirib. Bizim də qazancımız əlbəttə ki, budu.

Nəticəyə gəlincə, təbii ki, hamı bunun yaxşı olmasını arzulayır. Hələ qarşıda iki dövrə var, bu isə 14 oyun deməkdi. Nəticəni yaxşılaşdırmağa çalışacağıq. Ön xəttdə problemlərimiz var. Yarımmüdafiənin hər iki cinahında və hücumdakı boşluqları aradan qaldırmağa səy göstərəcəyik. Bunun öhdəsindən gəlsək, nəticə də olacaq”.

Azər Məmmədov ilk iki dövrədə nəticəsini unuda bilmədiyi oyundan da danışıb:

“Nəticəsinə təəssüfləndiyim, heç yadımdan çıxmayacaq oyun “Qarabağ”la səfər görüşümüz oldu. 83-cü dəqiqəyə kimi 1:0 hesabı ilə irəlidə olsaq da, yekunda uduzduq. Həmin görüşü bizim komanda udmağa layiq idi. Həm hesabda, həm də göstərdiyimiz oyunda rəqibdən üstün idik. Əfsuslar olsun ki, Namiq Ələsgərovun vurduğu iki qol hər şeyi dəyişdi. Millinin üzvü əvvəlcə hesabı bərabərləşdirdi, sonuncu artırma dəqiqəsində isə ağdamlıları qələbəyə daşıdı. Onun ikinci qolundan əvvəl hakim oyunu bitirməyə hazırlaşırdı ki, bizim oyunçunun təcrübəsizlikdən irəli gələn qayda pozuntusu penalti ilə nəticələndi. Bu oyunda qeydə alınan nəticəyə görə üzülürəm. Oyunu biz udmalıydıq, amma uduzduq”.


 
tarix: 07-01-2017 13:55

 



Xəbərlər
26.04.2017
01:40 Almaniya kuboku: “Ayntraxt” “lotoreya”da sevindi
01:21 "Atletiko" evdə uduzdu
01:16 Fransa kuboku: İlk finalçı bəlli oldu
01:01 "Çelsi" "Sautqempton"a şans vermədi
00:12 Kavani daha 3 il Parisdə
25.04.2017
23:58 “Forza Neftçi”dən bəyanat - ... istefa verməsini sərt şəkildə tələb edirik 
23:11 Prosineçki ilə bağlı yeni iddia - "Bursaspor"a keçəcək?
22:11 "Qəbələ" Tiflisdə 6-cı oldu
21:36 Təmsilçilərimiz “sülh bağladı”
20:51 Federasiyadan jurnalisti döyən futbolçulara cəza
19:53 “Borussiya” Nuri Şahinlə bağlı qərar verdi
18:25 Komandamızın liderlərini göndərmək barədə düşünmürük - Şekspir 
17:41 Braziliyalı modeldən Messiylə bağlı özəl paylaşım - Fotolar
17:26 “Real”ın Beyl dərdi
17:12 Ən yüksək maaş təklif edildi - Çiçaritoya 
16:44 Mançesterlilər ondan əl çəkmirlər
16:20 “Real”la cavab oyununda meydana çıxmamalıydım, çünki... - Hummels 
16:03 AZAL, “50”-ni aşırdın, “100”-ə nə qaldı?
16:01 Yenə həmin “üçlük”...
15:56 Qol, qol, qol!
15:53 Millimiz ilk oyunda uduzdu
15:38 “Real” onunla yeni müqavilə bağlayacaq - İki dəfə çox qazanacaq
15:31 “Neftçi” məşqçilərini cərimə edəcək
15:26 “Birincilər”də son turun oyun cədvəli məlum oldu
15:05 “Neftçi” - “Qarabağ” matçının vaxtı açıqlandı
14:43 O, kapitan olmaq istəmir - Mən elə oğlan deyiləm
14:24 “Barsa” ondan razıdı - Yeni müqavilə bağlanacaq
14:02 AFFA “Energetik” - “Bakılı” matçını 15 dəqiqə “donduran” hakimlə bağlı qərar verdi
13:47 “Neftçi”nin texniki məğlubiyyəti rəsmiləşdi!
13:32 “Qarabağ” 7 qol vurub, “gümüş”ə sahib çıxdı
13:19 Şarapova qayıdır - 15 ay sonra 
12:47 “Qızıl top” Luis Suaresindi? Bəli! - Yazı+Fotolar
12:04 “İnter” onlardan cavab gözləyir - 20 gün vaxt var
11:42 “Real”dan “Yuve”yə təklif - Onları götür, Dibalanı ver
11:23 Günün oyunları - TV

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az