Emin Tarverdiyev
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


“Kəpəz” bir yana, 7 klub bir yana - Siyahı

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk iki dövrədə çempionat oyunlarını stadiondan izləmiş azarkeş sayı məlum olub.

Premyer Liqanın ilk yarısında ən çox azarkeş Gəncədə qeydə alınıb. İlk iki dövrədə “Kəpəz”in 6 ev oyununu ümumilikdə 53238 tamaşaçı izləyib. Orta hesabla cari mövsümdə Gəncə şəhər stadionunda hər oyunda 8873 tamaşaçı qeydə alınıb ki, bu da, ilk iki dövrə üçün ən yüksək nəticədi.

Çempionatın ilk yarısının antirekordu isə Şüvəlanda, “AZAL Arena”da qeydə alınıb. Aşkar autsayder olan AZAL-ın 7 ev oyununu cəmi 2500 nəfər izləyib ki, bu da, hər oyuna orta hesabla 357 tamaşaçı deməkdi.

İlk iki dövrənin nəticələrinə əsasən, Premyer Liqa klublarının ev oyunlarında qeydə alınmış azarkeş sayı:

1. Kəpəz - 53238 (6 oyun/hər oyuna 8873 tamaşaçı)
2. Qarabağ - 9500 (7 oyun/1357)
3. Qəbələ - 9600 (8 oyun/1200)
4. Sumqayıt - 8390 (7 oyun/1198)
5. Neftçi - 6900 (7 oyun/985)
6. Zirə - 5400 (7 oyun/771)
7. İnter - 4900 (7 oyun/700)
8. AZAL - 2500 (7 oyun/357)

Xatırladaq ki, “Qəbələ” çempionatın ilk yarısında 2 oyununu Qəbələ şəhər stadionunda, “Neftçi” 4 matçını 8-ci km stadionunda, “Qarabağ” isə 3 oyununu “Azersun Arena”da keçirməyib.

Mövsümün ilk yarısını ümumilikdə 100428 tamaşaçı (orta hesabla 1793) stadiondan izləyib.

İki dövrədə ən çox azarkeş Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Qarabağ” oyununda (1:1) qeydə alınıb. Sentyabrın 25-də, Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutmuş oyunu 14238 tamaşaçı tribunalardan izləyib.

İlk yarının antirekordu isə “AZAL Arena”da qeydə alınıb. Noyabrın 27-də, Premyer Liqanın 13-cü turunda baş tutmuş AZAL - “Sumqayıt” oyununu (1:1) cəmi 150 tamaşaçı tribunalardan izləyib.


 
tarix: 22-12-2016 15:12

 



Xəbərlər
21.02.2017
02:11 "Benfika" qaçır, "Portu" qovur
02:01 “Arsenal” 5-ci liqa klubuna şans vermədi
01:50 Liderlər üçün itkisiz tur
00:27 İngilis azarkeş rekord qırdı - 189 gündə 93 stadion
20.02.2017
23:54 Mübarizə hələ irəlidədi - Sergey Zenyov
23:43 Amit Quluzadə “fərqləndi”, komandası qalib gəldi
23:29 "Beşiktaş" fərqi artırdı
21:32 “Barselona” Arda Turanla bağlı qərar verdi
20:42 Hər həftə Avropanın böyük klublarından təkliflər alırıq - “Monako” rəsmisi
19:40 “Bavariya”dan həvəskarlara kömək
18:10 “Barselona”da Sampaoli səsləri!
17:38 Lap əvvəldən bilirdim ki... - Mourinyo
17:16 “Barsa”nın rəhbərliyində olanlar saxta və nankor insanlar çıxdı”
16:50 Riberi forma bağışladı - Polislərin döydüyü qaradəriliyə
16:25 İrqçiliyə məruz qaldı, ağladı - Foto
16:02 “Prosineçki hansı xidmətlərinə görə Azərbaycan millisinin baş məşqçisidi?”
15:43 “Mançester Yunayted”in planı - 30 milyon avro ayırıblar
15:27 “Barsa”dakı qarşıdurmadan danışdı - Prezident
15:08 Qurban Qurbanovun təbəssümü
14:49 Bütün gecəni yata bilməmişəm - 96 yox, 98
14:24 “Barselona” tarixində ilk
14:12 Braziliyada maraqlı təxirəsalma
13:41 Qəbələdə bayraq insidenti: “Göstəriş var ki, siz bu bayrağı yığışdırasız”
13:18 Çempionluq yox, qarşıdakı oyunlar haqda düşünmək lazımdı - Əfran İsmayılov
12:45 Arda “Çelsi”yə gedir? - Londonda ev alıb
12:26 “Turan Tovuz”un oyununun vaxtı açıqlandı
12:17 Qartopu altında “müharibə” və ya bir gün Qəbələdə - Yazı+Fotolar
12:08 Ənənə pozulmadı - Yenə braziliyalı
12:01 Fərhad Vəliyev 250-yə çatdı
11:43 Bu dəfə kim xal itirəcək? - “Qarabağ”, yoxsa “Qəbələ”?
11:27 “Qəbələ” - “Qarabağ” oyununu nə qədər azarkeş izlədi?
11:12 “Ulduz” Çempionlar Liqasında mübarizəyə başlayır
11:05 Günün oyunları - TV 
10:52 Millimizin üzvü izlədi, komandası heç-heçə etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az