Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Avropada 3-cü sınaq: 21 futbolçu, 5 qələbə, 20 qol

Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı başa çatıb. Ardıcıl 3-cü dəfə Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” çıxışını dayandırıb. Ötən mövsüm olduğu kimi qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar”ın qitə miqyaslı turnirdəki mübarizəsi 162 gün sürüb. İyunun 30-da ilk matçına çıxan komanda dekabrın 8-də keçirdiyi görüşlə mövsümü yekunlaşdırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin avrokuboklardakı 3-cü sınağı bir sıra rekordlar və maraqlı məqamlarla əlamətdar olub.

- “Qəbələ” mövsümdə 14 oyun keçirib. Bu, Azərbaycan klubları üçün rekordun təkrarıdı. “Qırmızı-qaralar” ötən mövsümdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
- Komanda 14 oyundan 5-də qələbə qazanıb. Bu, Azərbaycan klublarının rekordunun təkrarıdı.
- “Qırmızı-qaralar” digər qarşılaşmalarda 1 heç-heçə edib və 8 dəfə məğlub olub.
- “Qəbələ” bu nəticələrlə UEFA reytinqinə 1,375 xal qazandırıb.
- Komanda 14 oyunda 20 qol vurmaqla Azərbaycan klublarının mütləq rekordunu müəyyənləşdirib. “Qəbələ”nin orta məhsuldarlığı 1,43-ə bərabər olub.
- “Qırmızı-qaralar” bu matçlarda 21 top buraxıb.
- Dmitri Bezotosnı 14 matçdan ikisində qapısını toxunulmaz saxlayıb. “Qəbələ” isə 14 qarşılaşmadan 11-də qol sevinci yaşayıb.
- Təsnifat mərhələsində keçirdiyi 8 oyunda 5 qələbə qazanan “Qəbələ” 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Komanda bu görüşlərdə 15 top vurub, 7-ni buraxıb.
- Azərbaycan futbolu tarixinə bir mövsümə 4 mərhələ adlayan yeganə klub kimi düşən “qırmızı-qaralar” ötən il qeydə alınan bu rekordunu təkrarlayıb.
- “Qəbələ” Avropa Liqasının tarixində ilk komanda olub ki, ardıcıl 2 dəfə 4 mərhələ adlamaqla qrupa düşüb.
- Fransanın “Lill” klubunu Bakıda 1:0 hesabı ilə məğlub edən “Qəbələ” “böyük beşlik” çempionatlarının komandasını məğlub edən ilk və yeganə Azərbaycan klubudu. Komanda həmin rəqibi iki matçın cəmində (1:1, 1:0) üstələməklə “böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb.
- Qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzan “Qəbələ” 6 məğlubiyyət almasına baxmayaraq, Azərbaycan klubları üçün 2-ci məhsuldarlığa nail olub. Komanda 5 qol vurub, 14-nü buraxıb.
- “Qəbələ”nin oyunlarında cəmi 1 böyükhesablı nəticə qeydə alınıb. “Qırmızı-qaralar” “Samtredia”nı 5:1 hesabı ilə məğlub edib.
- "Qırmızı-qaralar"ın üzvləri 1 het-trikə imza atıb. “Samtredia” ilə görüşdə Teo Uiks 3 dəfə fərqlənib.
- Yeganə dubl “Maribor”la matçda fərqlənən Baqali Dabonun hesabındadı.
- Öz meydanında keçirdiyi 7 oyunda 4 qələbə qazanan “Qəbələ” 3 dəfə məğlub olub. Rəqib qapılarına 15 top vuran komanda qapısından 10 top buraxıb.
- Evdə keçirdiyi bütün ev oyunlarında qol vuran Azərbaycan klubları arasında öz meydanında ardıcıl 7 matç rəqib qapısına yol tapan ilk klub kimi rekorda imza atıb.
- Rəqiblərini 6 dəfə 8-ci km stadionunda, 1 dəfə “Dalğa Arena”da qəbul edən komanda oyunlarını ümumilikdə 43273 tamaşaçı izləyib. Orta seyrçi sayı 6182-yə bərabər olub.
- 7 səfər oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. 5 qol vuran futbolçular 11 top buraxıb.
- Bu oyunlarda “Qəbələ”nin formasını 21 futbolçu geyinib.  
- 4 futbolçu - Dmitti Bezotosnı, Rikardinyo, Filip Ozobiç və Vitali Vernidub bütün oyunlarda iştirak edib.
- Dmitri Bezotosnı və Rikardinyo 14 matçı əvəzolunmadan keçirib. Onlar Azərbaycan futbolu tarixinə bir mövsümdə avrokuboklarda ən çox dəqiqə (1260) keçirən oyunçular kimi düşüb.
- “Qəbələ”nin yerinə yetirdiyi 3 penaltidən 2-si qolla nəticələnib. Rikardinyo 2 zərbədən birini, Ruslan Qurbanov isə yeganə şansını qola çevirib.
- Dmitri Bezotosnının qapısına təyin olunan 2 zərbədən biri dəqiq olub.
- “Qəbələ”nin heyətində 9 futbolçu qol sevinci yaşayıb. Teo Uiks 5, Sergey Zenyov 4, Baqali Dabo 3 , Ruslan Qurbanovla Filip Ozobiç hərəyə 2, Rikardinyo, Vitali Vernidub, Vojislav Stankoviç və Nika Kvekveskiri hərəyə 1 dəfə fərqlənib.
- Komandanın ən yaxşı bombardiri Teo Uiks 5 qol vurmaqla Azərbaycan klublarının futbolçularının bir mövsüm üçün məhsuldarlıq rekordunu təkrarlayıb.
- “Qəbələ”nin 10 futbolçusu ümumilikdə 20 sarı vərəqə ilə cəzalanıb. Vitali Vernudub hamıdan çox - 4 dəfə xəbərdarlıq alıb.
- Komandanın üzvləri 2 qırmızı vərəqə alıb. Teo Uiks birbaşa qırmızı, Rəşad Eyyubov 2-ci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb.
- “Qəbələ”nin oyunlarında 2 avtoqol qeydə alınıb. Rafael Santos və Rikardinyo öz qapısına qol vurub.

Bütün futbolçular

futbolçular oyun dəqiqə qol sarı qırmızı
Dmitri Bezotosnı 14 1260 -21 0 0
Rikardinyo 14 1260 1 1 0
Filip Ozobiç 14 1199 2 3 0
Vitali Vernidub 14 1179 1 4 0
Vojislav Stankoviç 13 1154 1 3 0
Sergey Zenyov 13 1084 4 2 0
Teo Uiks 12 1050 5 0 1
Asif Məmmədov 12 396 0 3 0
Baqali Dabo 11 933 3 0 0
Nika Kvekveskiri 11 895 1 1 0
Məhəmməd Mirzəbəyov10 900 0 1 0
Rəşad Sadiqov 10 819 0 0 0
Rafael Santos 8 511 0 0 0
Rəşad Eyyubov 8 181 0 0 1
Ruslan Qurbanov 6 389 2 1 0
Ürfan Abbasov 5 450 0 0 0
Elvin Camalov 5 41 0 0 0
Petar Franyiç 4 75 0 0 0
Tellur Mütəllimov 2 45 0 1 0
Roman Hüseynov 1 13 0 0 0
Qismət Alıyev 1 4 0 0 0


 
tarix: 12-12-2016 11:24

 



Xəbərlər
26.05.2017
06:24 “İnter” Di Marianı istəyir - 55 milyon avro və ya...
03:13 Fransa millisinin sabiq üzvü “Qalatasaray”a doğru
01:02 Avroliqada mövsümün simvolik komandası açıqlandı - Siyahı
00:11 “Yuventus” Mancukiçlə bağlı qərar verdi
25.05.2017
23:22 Kantona: Daha möhkəm vurmalıydım
22:08 “Liverpul”un qapıçısı karyerasını bitirdi
21:39 Yığmamız yenə uduzdu
21:13 “Mançester Siti”də iki ayrılıq - Rəsmi 
20:06 “Barselona”nın sabiq prezidenti həbs edildi
19:08 "Qəbələ" Macarıstana yollanır
18:22 Somalili idmançılar itkin düşüb - Bakıda
18:17 "İnter" başladı
18:03 “Zirə”də 6 yeni müqavilə
17:45 “Yunayted” və “Siti” BİRLƏŞDİ
17:27 O, ABŞ-ın da “Şöhrət zalı”na düşməyə namizəddi
17:18 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
17:06 “Qəbələ”dən ayrılan futbolçu "Tobol"da - Foto
16:44 “Atletik”in yeni baş məşqçisi açıqlandı - Foto
16:26 “Bu xəbərlərə inanmayın və etibar etməyin”
16:10 İngiltərə klubundan türk məşqçiyə təklif - Görüşəcəklər
15:55 İsgəndər Cavadov mükafat verdi
15:43 Valbuena “Fənər”də? - Prezident açıqladı
15:24 Veron Mixayloviçi "tanımayıb” - Yazı+Fotolar
15:11 “Sumqayıt” daha bir futbolçu ilə anlaşdı
14:38 Millinin heyəti açıqlandı, “Qarabağ”ın hücumçusu…
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az