Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları


“Qəbələ” rəhbərliyi nə bilir?

Məmməd Mirzə email: mm_mirze@gmail.com

“Xəzər” TV-də yayımlanan “Futbol saatı” verilişinə dəvət olunan “mehriban düşmənlər” Tahir Süleymanov və Xaqani Məmmədovun nəyi müzakirə etdiklərini bilmirəm. Çünki baxmamışam. Düzü, Emin Abbasovun bu proqramdan uzaqlaşdırılmasından sonra bir növ onu boykot etmişəm. Amma bu verilişdən kiçik bir fraqment “facebook”da statuslara, paylaşımlara göz gəzdirərkən rastıma çıxdı.

Deməli, həmin parçada tez-tez keçmişi xatırlamağı sevən Tahir Süleymanov deyirdi ki, çempion olan komandaların nəticələri hakimlərin adına yazılır. Bu, düzgün deyil. Biz də (yəni “Neftçi”) o zaman çempion olanda deyirdilər ki, hakimlər “Neftçi”yə kömək edir.

Süleymanovun bu fikirlərində hakimlər və Hakimlər Komitəsi müdafiə edilirdi və məsələyə hüquqi məntiqlə yanaşsaq, Xaqani Məmmədov buna sevinməli idi. Amma onun reaksiyasını siyasi-diplomatik məntiqli adlandırmaq olar. Belə ki, Tahir Süleymanov bu fikirləri söyləyəndə Xaqani Məmmədovun üzündə istehzalı bir təbəssüm yarandı. Bunun mənası isə o idi ki, “başqa nə cür olub ki?”. Hər halda, mənə belə gəldi.

Kiyev “Dinamo”su ilə “Beşiktaş” arasında keçirilən Çempionlar Liqası oyunundan sonra Türkiyənin “A spor” kanalında matçın müzakirəsi gedirdi. Dəvət olunan keçmiş futbolçulardan biri (səhv etmirəmsə, adı Alp Pehlivan idi) dedi ki, hakim oyunda tərəf oldusa, onu yenmək mümkün deyil. Onun fikirləri təxminən belə idi: “Hakimin işi meydanda tərəfsiz olmaqdı. Hakim tərəf oldusa, yenilməz. Mən heç karyeram ərzində hakimin tərəf olduğu zaman yenildiyini görmədim”.

Futbolumuzu diqqətlə izləyənlər bilir ki, son 5-6 ildə çempion olan komandaların xeyrinə hakimlər xeyli “səhv” edib. Və bu “təsadüfi səhvlər”in xeyli olması heç təsadüfə oxşamayıb. Təbii ki, bu çempionluqlarda komandaların gücü rol oynayıb, amma... “Əmmalar” da olub.

Elə “Qarabağ” - “Qəbələ” oyununda da (2:1) “təsadüfi səhv” nəticəsində verilən qərar mövsümün sonunda çempion olacağı deyilən komandanın lehinə oldu.

Bu oyundan sonra “Qəbələ” rəsmiləri bildirdilər ki, hakimlik sifarişlidi. Təbii ki, aydın məsələdi, “Qəbələ” rəhbərliyi bunu indi deyirsə, futbol camiəmiz çoxdan danışır. Heç kim uşaq deyil və çörəyi burnuna yemir. Az-çox analiz qabiliyyəti olan istənilən adam hadisələrin gedişini izləyəndən sonra bu nəticəyə gələr. 7-ci turda “Qəbələ” “Qarabağ”ı udub 6 xal önə keçdikdən sonra gedən prosesləri yəqin ki, izləmisiz.

Od olmayan yerdən tüstü çıxmaz deyirlər. Çox vaxt susmağa, danışdıqda isə bunu ehtiyatla etməyə üstünlük verən “Qəbələ” rəhbərliyi də dilə gəlib hakimliyin sifarişli olduğunu deyirsə, deməli, əsassız danışmırlar, görünür, bu barədə məlumatları var.

Amma bu sifariş hansı səviyyədən gəlir, bax, burası maraqlıdı. Ən azı AFFA-nın üst səviyyəsindən gəlməsi dəqiqdi. Çünki PFL özbaşına bu boyda hərəkət edə bilməz. Sifariş federasiyanın üst qatından gəlsə belə, “Qəbələ” bunun qarşısını ala bilər. Çünki “Qəbələ”nin sahibi kifayət qədər nüfuzlu, sözü keçən adamdı və federasiyanın ən üst qatına təsir göstərə bilər. Amma qorx ki, sifariş daha “yüksək”dən gəlsin. Məsələn, tapşırıla bilər ki, “Qarabağ” bizə dövlət siyasəti üçün vacibdi, torpaqların işğalı və Qarabağ adının dünyada tanınması baxımından. Ona görə də, çempion olmalıdı. Bax, bu halda həmin hökmün qarşısını kimsə ala bilməz.

Hökmü hakimlər verir. Hökmü kim verirsə, deməli, əsl hakim odu. Meydanda qaçıb fit çalanlara isə bu halda hakim demək olmaz, onlar icraçılardı.

Hakim müstəqil olmalı və hansısa sifarişi yerinə yetirməməlidi, eləcə hakimlərin qurumuna rəhbərlik edən Hakimlər Komitəsi. Bu, belədimi? Bu baxımdan Tahir Süleymanovun Hakimlər Komitəsinin sədri olmaq istəməməsi, səbəb kimi isə bu qurumun müstəqil olmamasını deməsi onun əsl hakim olmasının göstəricisidi. Bu, alqışlanasıdı. Süleymanovun hərəkətlərində alqışlanmamalı isə daim keçmiş uğurlarını xatırlaması və yeni bir şey etməməsidi. Keçmişlə yaşamağın bizə nəsə verməsi mümkündümü? Zənnimcə, irəli baxmaq lazımdı. Cəmiyyət seçilmiş adamlardan yeni nəticələr gözləyir, əlini-qolunu yanına salıb kənara çəkilməyi və şər qarşısında təslim olmağı yox!


 
tarix: 11-12-2016 15:40

 



Xəbərlər
18.01.2017
15:52 Ozobiç: Mənim üçün ən vacib məsələ... - Video
15:42 Türkiyədə Ərtoğrul Sağlam şoku - Foto 
15:27 Alonsodan şok qərar - Rəhbərliyi məlumatlandırıb
15:05 "Kəpəz"in zədəlisindən xəbər var
14:45 İngiltərənin ən yaxşı futbolçusu kimdi? - Messi açıqladı
14:23 AFFA U-17 ilə başladı
14:20 Daha bir turnir təşkil ediləcək - Okeanın o tayında
14:11 Türkiyə klubları ilə qarşılaşacağımıza inanıram - Qurban Qurbanov
13:34 Paraqvay mətbuatı: “Neftçi” Kardoso ilə müqavilə bağladı
13:23 Azərbaycanlı pəhləvanları aldatdılar - Gürcüstanda
12:45 Yeznəmi və qardaşını bacıma görə öldürdüm - Azərbaycanlı idmançı
12:27 “İnter” rumınlara qarşı - Bu gün
12:14 Azərbaycan cüdo yığmasının yeni baş məşqçisi kim olacaq?
12:00 “Zirə”nin “Dordoy” sınağı - Bu gün
11:48 “Ludoqorets” - “Arsenal” matçında azərbaycanlı hakim
11:22 Günün oyunları - TV
11:16 “Neftçi” onların qarşısında “sülh bağladı”
11:10 Super Liqa klubundan Sağlam qərar
10:58 Kamran Ağayevin cəzası məlum oldu
10:46 “Qarabağ” Rumıniya klubuna qarşı - Bu gün
10:26 Rivaldo "Nou Kamp"a qayıtdı - "Barsa"da oynayacaq
10:05 İspaniyada daha bir istefa - Onu da qovdular
06:19 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
03:58 Onun üçün özümü körpüdən də ataram - Rakitiç 
02:52 “İnter” əlavə vaxtda sevindi 
02:33 Benteke “Kristal Pelas”ı xilas etdi
01:51 Mövsümün həlledici hissəsinə yüksək səviyyədə hazır olacağıq - Ürfan Abbasov
01:41 Afrika Millətlər Kuboku: Misir "sülh"lə başladı
01:38 Millimiz estonları belə məğlub etdi - Video
01:36 Hansı yeri tutmaq bizim üçün o qədər də vacib deyil - Təbriz Həsənov
01:05 MY-dən yeni müqavilə
00:38 "Neftçi"dən məhsuldar heç-heçə - Video
00:12 Demiçelis özünə yeni klub tapdı - Yenə La Liqada 
17.01.2017
23:07 Ufuk Budak 90 dəqiqə oynadı 
22:48 Millimiz Belarusla qarşılaşacaq
22:38 Yığmamızdan böyük hesablı qələbə
21:06 "Kəpəz" AZAL-a uduzdu
20:42 Millimizin hücumçusu fərqlənsə də...
19:58 "Neftçi" yenə qələbəyə həsrət qaldı
19:10 O, Droqbanın transferinə qarşıdı - Kanadada demək olar, oynamırdı
18:18 “Traktorsazi” büdrədi
17:47 Abramoviç Dieqo Koştayla bağlı qərar verdi
17:30 “Fənərbaxça”nın prezidentinə cəza 
16:52 Millimizin hücumçusuna rumıniyalı rəqib
16:32 Maradona yenə Peleyə ilişdi - İkinci olmağa məcburdu 
16:12 Xavi Messidən danışdı - ...şübhəm yoxdu 
15:52 “Trabzonspor”un heyəti açıqlandı - Şeydayev...
15:28 Mourinyonun sığalı, Ferqyusonun şərab içməsi - Yazı+Fotolar
15:14 “Yuventus” loqosunu dəyişdi, ara qarışdı - Foto 
14:50 "Kəpəz" birinci divizion təmsilçisiylə bacarmadı
14:31 “Qarabağ” məşqə çıxdı, Əmirquliyev...
14:20 Vidadi Rzayev keçmiş komanda yoldaşını tapdı - Tbilisidə
14:10 Yalnız “Marsel”ə getmək istəyir - Ailəsinə görə
13:07 “Tosno” - “Neftçi” matçı üçün azərbaycanlı hakim
12:38 “Səbail”dən növbəti transfer
12:22 Məşhur stadion dağılır - Sahib çıxan yoxdu
11:41 Günün oyunları - TV
11:10 Millimizin məğlubiyyətini onlar da izlədi
11:03 Aleksis Sançes etiraf etdi - Cinayət törətdiyini
10:44 “Uembli”də rekord qırılacaq - Onların döyüşündə
10:26 Neymar hamıdan bahadı - Ronaldo xeyli ucuzlaşıb
10:05 Məşhur hollanddan gözlənilməz qərar - Karyerasını bitirdi
03:24 “Real” və ya “Barselona”ya gedə bilərdim, ancaq... - Poqba 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az