Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları


“Qarabağ”a legioner lazım deyil!

Elnur Həmidov email: elnurhamidov@hotmail.com

Daha bir avrokubok mövsümü bizim üçün başa çatdı. Əvvəlki illərdə olduğu kimi təmsilçilərimiz yenə qışdan “sağ çıxmadı”. Amma buna görə kədərlənməliyikmi? Xeyr. Təəssüflənməliyikmi? Bəli. Kədərlənməli deyilik ona görə ki, bu gün ölkə futbolunun hazırkı vəziyyətinə, daha dəqiqi, yerli futbolçuların, ölkəmizə gəlməyə “hə” deyən legionerlərin, çempionatımızın səviyyəsinə, klublarımızın büdcəsinə və başqa amillərə baxanda qrup mərhələsi də bizim üçün uğur sayılmalıdı. Bir qədər şablon səslənsə də, bu, təsəlli deyil, faktdı.

Təəssüflənməliyik ona görə ki, “Qarabağ” PAOK-la oyunlardan sonra qazandığı tarix yazmaq fürsətini əldən verdi. Ancaq builki nəticə yeni uğur olmasa da, uğursuzluq da deyil. Sadəcə, əvvəlki illərdəki uğurun təkrarlanmasıdı.

Həm “Qəbələ”nin, həm də “Qarabağ”ın ardıcıl 2-ci və 3-cü ildə Avroliqanın qrup səddini keçə bilməməsində çempionatımızdakı legioner limitinin də müəyyən rolu var. Lakin dediyim kimi, müəyyən rolu oldu. Demək olar, hər oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova, klub rəhbərliyinə çempionatdakı legioner limitinin, komandaya yeni legionerlərin cəlb edilməməsinin nəticələrə təsiriylə bağlı suallar verilir. Ancaq vaxtilə heyətinin 90 faizi, bəlkə də ondan da artığı legionerlərdən təşkil olunmuş klublarımızın Avropada iki addım (mərhələ) atmadan geri qayıtmasının da dəfələrlə şahidi olmuşuq. Bu cəhətdən, yeni legionerlərin olması heç də uğurun qarantı olmayacaq. Komandaya legioner cəlb edilməsi heç də “büdcədən pul ayrıldı, məşqçi bəyəndi və transfer edildi” kimi bəsit mərhələdən ibarət deyil. Həmin oyunçunun ayrılan pula layiq olub-olmaması, komandaya nə dərəcədə uyğunlaşacağı (həm taktiki, həm də psixoloji planda), zədəyə meyilli olub-olmaması və s. kimi “N” qədər amil nəzərə alınmalıdı.

Futbol artıq sadəcə oyun olmaqdan çoxdan çıxıb. Müasir dünyada futbol klubları futbol klubu olmaqdan çox, kommersiya şirkətlərini xatırladırlar. Hər gəliri, hər xərci yüz ölçüb, bir biçirlər. Bu hesabatı düzgün aparanlar həyatda qalırlar, qalanları isə... Qalanları isə bizim futbol məzarlığımızda yatan onlarla klubun gününə düşür.

Bu gün həm “Qəbələ”, həm “Qarabağ” indiyə kimi digər klublarımızın bacarmadığı bir şeyə çox yaxındılar - özü-özünü maliyyələşdirmə. Hər iki komanda son illərdə Avropa Liqasının qrup mərhələsindəki qazancıyla büdcənin hamısını olmasa da (bu klubların büdcəsi barədə tam məlumat olmadığından, dəqiq bir şey demək olmaz), müəyyən hissəsini doldurub. Yəni bu klublar artıq sponsorları üçün “dibsiz quyu” kimi görünmür. Bu gün bütün klublarımızın da əsas məqsədi bu olmalıdı - minimum xərclə maksimum nəticə. Bu gün əlavə legionerlərin cəlb edilməsi isə bu maddənin “minimum xərc” tələbini pozur. Əlavə legionerlərin cəlb edilməsinin daha yüksək nəticəyə zəmanət də vermədiyini nəzərə alsaq, yaxşı maaşı da olacaq yaxşı legionerlərin cəlb edilməsindənsə, indiki siyasətin daha məqsədəuyğun olduğu ortaya çıxır.

Bu gün bizim üçün hansısa klubumuzun Avroliqada 1/16 finala adlamasından çox, onların öz-özünü maliyyələşdirmə səviyyəsinə çatması daha vacib olmalıdı. Nəticə? Gec-tez o da olacaq.


 
tarix: 09-12-2016 16:04

 



Xəbərlər
18.01.2017
15:52 Ozobiç: Mənim üçün ən vacib məsələ... - Video
15:42 Türkiyədə Ərtoğrul Sağlam şoku - Foto 
15:27 Alonsodan şok qərar - Rəhbərliyi məlumatlandırıb
15:05 "Kəpəz"in zədəlisindən xəbər var
14:45 İngiltərənin ən yaxşı futbolçusu kimdi? - Messi açıqladı
14:23 AFFA U-17 ilə başladı
14:20 Daha bir turnir təşkil ediləcək - Okeanın o tayında
14:11 Türkiyə klubları ilə qarşılaşacağımıza inanıram - Qurban Qurbanov
13:34 Paraqvay mətbuatı: “Neftçi” Kardoso ilə müqavilə bağladı
13:23 Azərbaycanlı pəhləvanları aldatdılar - Gürcüstanda
12:45 Yeznəmi və qardaşını bacıma görə öldürdüm - Azərbaycanlı idmançı
12:27 “İnter” rumınlara qarşı - Bu gün
12:14 Azərbaycan cüdo yığmasının yeni baş məşqçisi kim olacaq?
12:00 “Zirə”nin “Dordoy” sınağı - Bu gün
11:48 “Ludoqorets” - “Arsenal” matçında azərbaycanlı hakim
11:22 Günün oyunları - TV
11:16 “Neftçi” onların qarşısında “sülh bağladı”
11:10 Super Liqa klubundan Sağlam qərar
10:58 Kamran Ağayevin cəzası məlum oldu
10:46 “Qarabağ” Rumıniya klubuna qarşı - Bu gün
10:26 Rivaldo "Nou Kamp"a qayıtdı - "Barsa"da oynayacaq
10:05 İspaniyada daha bir istefa - Onu da qovdular
06:19 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
03:58 Onun üçün özümü körpüdən də ataram - Rakitiç 
02:52 “İnter” əlavə vaxtda sevindi 
02:33 Benteke “Kristal Pelas”ı xilas etdi
01:51 Mövsümün həlledici hissəsinə yüksək səviyyədə hazır olacağıq - Ürfan Abbasov
01:41 Afrika Millətlər Kuboku: Misir "sülh"lə başladı
01:38 Millimiz estonları belə məğlub etdi - Video
01:36 Hansı yeri tutmaq bizim üçün o qədər də vacib deyil - Təbriz Həsənov
01:05 MY-dən yeni müqavilə
00:38 "Neftçi"dən məhsuldar heç-heçə - Video
00:12 Demiçelis özünə yeni klub tapdı - Yenə La Liqada 
17.01.2017
23:07 Ufuk Budak 90 dəqiqə oynadı 
22:48 Millimiz Belarusla qarşılaşacaq
22:38 Yığmamızdan böyük hesablı qələbə
21:06 "Kəpəz" AZAL-a uduzdu
20:42 Millimizin hücumçusu fərqlənsə də...
19:58 "Neftçi" yenə qələbəyə həsrət qaldı
19:10 O, Droqbanın transferinə qarşıdı - Kanadada demək olar, oynamırdı
18:18 “Traktorsazi” büdrədi
17:47 Abramoviç Dieqo Koştayla bağlı qərar verdi
17:30 “Fənərbaxça”nın prezidentinə cəza 
16:52 Millimizin hücumçusuna rumıniyalı rəqib
16:32 Maradona yenə Peleyə ilişdi - İkinci olmağa məcburdu 
16:12 Xavi Messidən danışdı - ...şübhəm yoxdu 
15:52 “Trabzonspor”un heyəti açıqlandı - Şeydayev...
15:28 Mourinyonun sığalı, Ferqyusonun şərab içməsi - Yazı+Fotolar
15:14 “Yuventus” loqosunu dəyişdi, ara qarışdı - Foto 
14:50 "Kəpəz" birinci divizion təmsilçisiylə bacarmadı
14:31 “Qarabağ” məşqə çıxdı, Əmirquliyev...
14:20 Vidadi Rzayev keçmiş komanda yoldaşını tapdı - Tbilisidə
14:10 Yalnız “Marsel”ə getmək istəyir - Ailəsinə görə
13:07 “Tosno” - “Neftçi” matçı üçün azərbaycanlı hakim
12:38 “Səbail”dən növbəti transfer
12:22 Məşhur stadion dağılır - Sahib çıxan yoxdu
11:41 Günün oyunları - TV
11:10 Millimizin məğlubiyyətini onlar da izlədi
11:03 Aleksis Sançes etiraf etdi - Cinayət törətdiyini
10:44 “Uembli”də rekord qırılacaq - Onların döyüşündə
10:26 Neymar hamıdan bahadı - Ronaldo xeyli ucuzlaşıb
10:05 Məşhur hollanddan gözlənilməz qərar - Karyerasını bitirdi
03:24 “Real” və ya “Barselona”ya gedə bilərdim, ancaq... - Poqba 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az