Emin Tarverdiyev
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Kimdi günahkar?

Mehman Muradlı email: mehmanarda@gmail.com

Musəvilərdə həftə şənbə, xristianlarda bazar, müsəlmanlarda cümə günü bitir. Tarixi eramızdan əvvəl 2-ci əsrə təsadüf etsə də, ən müasir “din” olan futbolda həftə cümə axşamı bitir.

Bu həftə maraqlı hadisələrlə bol oldu. Parlamentimizdə büdcə layihəsinin müzakirəsi, bəzi deputatların inqilabvari çıxışları, sutenyor jurnalistikanın üzvlərinin həbsi, Çempionlar Liqası və sonda Avropa Liqasının qrup oyunlarının sonu.

Dəxli olmasa da, yadıma bir hadisə düşdü. Deməli, isti yay günlərinin birində Tərtərdə Murov tərəfə baxa-baxa, çayxanada tanış-tunuşla oturub, döyüşdən-zaddan danışırdıq. Hərəmiz bir döyüşdən, döyüşdə öldürdüklərimizdən basıb-bağlayırdıq. Birdən kənarda sakit dayanan Qarabağ veteranlarının sədri Aydın dedi ki, qadanız alım, başınızı bir az o tərəfə edin, bir erməni də mən öldürüm. Sanki qurbağa gölünə daş atdılar...

Bir dəfə yazmışam, biz çox maksimalistik. Hər şeyi istəyirik. Hər şeyin birdən olmasını istəyirik. Alınmayanda işi yarımçıq qoyub gedirik. Əvvəlini guppultuyla başlayırıq - himnimiz kimi. Sona çatana yaxın üç dəfə Azərbaycan deməyə canımız çıxır.

“Qarabağ”ın bir az uğurlu, “Qəbələ”nin uğursuz Avroliqa çıxışları bizim bu komandaların məşqçisindən tutmuş, texniki işçisinə qədər söyməyimizə səbəb oldu. Biz Qurban Qurbanovdan Avroliqanın final oyununda “Qəbələ”ylə qarşılaşmasını tələb edirdik. Həmçinin bunu Roman Qriqorçukdan da tələb edirdik. Amma nə Qurban, nə Roman bizdən soruşmadı ki, “Alış, nəynən, hansı potensialnan?”

İllərdi uşaq futbolundan danışırıq. Danışırıq deyəndə ki, mən danışmıram, Rövnəq Abdullayev danışır. Arada haştağlayır: “Niyə də yox?”

U-17-nin, U-19-un nəticələri göz qabağındadı. Statistikaya varmayacam. İllərdi futbolun inkişafı üçün AFFA deyilən yaramaz bir qurum pul silir, “futbolun inkişafı” isə futbolçu yox, maklerlər yetişdirir. Normal yetişən futbolçuya da yüksək pul verib, milli çempionatda bədbəxt edirlər. Çünki azərbaycanlı psixologiyasıdı: xaricdə gedib 10 min qazanmaqdansa, elə evimdə oturub 50 min qazanıram. Klublara legioner məhdudiyyəti qoyurlar. Yenə soruşuram: hansı potensialla bu məhdudiyyəti qoymusuz, cənab Abdullayev?

AFFA hər il hesabat konfransı keçirir. Xərclənən pulun hesabatını verir. Tədiyyə balansını ortaya qoyurlar. Böyründə də auditor rəyi. Hə, yadımdan çıxmamış, auditoru da xaricdən dəvət edirlər. Sonra da hansısa nazir çıxıb deyir ki, SOCAR ziyanla işləyir. Nazirə deyən olmadı ki, ziyanla işləyirsə, SOCAR və onun müdiri əlini AFFA-dan çəksin. SOCAR müdirinə görən deyən yoxdu ki, get pəncərini qayır ki, istilik çölə çıxmasın, ayağını yorğanına görə uzat, futbol sənlik deyil? Yoxdu. Olsaydı, həm AFFA, həm cüdo federasiyasından ikiəlli yapışmazdı.

Tərtərdə Əhəd adında biri var. Adam Münhauzeni okeana susuz aparar, susuz gətirər. Deməli, Əhəd ayı ovuna getməyindən danışırdı. Murovun lap yuxarılarına kimi qalxmışdı. Birdən qayıtdı ki, bə bir də gördüm, ağ ayı qarşımda durub. Qayıdıb dedik ki, ay Əhəd, etmə, eləmə, Murovda ağ ayı nə gəzir? Əhəd heç əhvalını pozmadan dedi ki, ay qadan alım, bəlkə əhəngə düşübmüş? İndi bizim futbol da Abdullayevin neftinə düşüb...


 
tarix: 09-12-2016 12:42

 



Xəbərlər
02.03.2017
01.03.2017
23:25 “Valensiya” “Yuventus”la razılaşdı 
22:38 Daha bir şəhər olimpiadadan imtina etdi
21:21 “Çelsi”dən yeni müqavilə
20:15 “Lester” azarkeşləri pul yığmağa başladı - Ranyeri üçün 
18:59 AFFA-da seçki olacaq
18:54 Arxayınlıq bizə hər zaman problem yaradır - Müsahibə
17:53 Mançinidən “Lester” iddialarına cavab - ...çox təəccüb etdim 
17:25 “Beşiktaş” Demba Baya qovuşdu
17:13 Sifariş kitabı ilə bağlı iclas: AFFA-nı kimlər təmsil edir?
16:50 “Dəmir Mayk”ın bu avtomobili satışa çıxarılır - Fotolar
16:26 Hakan Şükürdən sərt cavab: “Qalatasaray” kiminsə malı deyil
16:11 Bu biabırçılıq bütün İtaliya futbolunu ləkələyir - “Napoli” rəsmisi
15:44 Məşhur tennisçi bu qızla nişanlandı - Fotolar
15:25 Yarı braziliyalı, yarı türk olaraq öləcəm - Aleks
15:13 Şeyx burda uzun müddət qalmağımı istəyir - Amma...
14:35 “Qarabağ” 3411 gündən sonra...
14:32 Cavadovun “200”-ü, AZAL-ın uğursuz “6”-sı
14:28 Kapitan 250-yə çatdı
14:10 Volkan Dəmirəlin taleyinə aydınlıq gəldi - Prezident açıqladı
13:57 Açıqlandı: Sumqayıtda başlayacaq, Bakıda bitəcək
13:18 “Qarabağ”ın oyununun vaxtı məlum oldu
13:04 “İnter” - “Qəbələ” matçının vaxtı açıqlandı
12:48 Peşəkarlıqdan uzaq, AFFA-ya xəyanət... və ya buna nə istəsəz, deyin
12:25 Vurduğu qola niyə sevinməyib? - Foto
12:04 “Qəbələ” üçün “İnter” qorxusu!
11:50 Elxan Məmmədov Gürcüstanda problemlərdən danışdı
11:47 Dmitriyevin xatirəsi üçün güləş
11:20 “Qarabağ”ın “Azersun Arena”dakı ilk məğlubiyyətini nə qədər azarkeş izlədi?
11:01 Günün oyunları - TV
10:46 “Barsa”ya niyə qələbə arzuladı? - “Real”ın əfsanəsi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az