Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Dostuma məktub

Hüseyn Cəbrayıloğlu email: murovdag@mail.ru

Salam, əziz dostum! Qarlı dağlardan yazdığın məktubunu yenicə alıb, çox sevindim. Sənin də daim sevinc içərisində olmağını bir olan Allahdan arzu edirəm. Məktubundan gələn əsl səngər qoxusunu doyunca nəfəsimə çəkərək, tələsik idman saytlarına göz gəzdirdim ki, sənin verdiyin suallara dolğun cavab verim.

Qardaşım, hələ ki, gözümə yeni bir fövqəladə xəbər sataşmadı. AFFA hazırda idman mediası üşün “Şən startlar” yarışı keçirir. Elxan Məmmədov söz verib, sonra “ Yallı” yarışması da olacaq. Ona görə də, sənə yazıb göndərəsi böyük bir xəbər, məlumat tapa bilmədim.

Elxan Məmmədov dedim, yadıma bayaqdan gəzdiyim əsl xəbər düşdü. UEFA bizim baş katibə ali qurumda iş təklif edib. Düzdü, Elxan müəllim təvəzökarlıq edib işin adını deməsə də, artıq qonşu Dağıstanda toy-bayramdı. Oranın camaatı güləşə gedən uşaqlarını da artıq futbol məşqlərinə göndərir. Qardaş, Dağıstan xalqı düşünür ki, Elxan müəllim hələ AFFA-da işləyərkən bizim bu qədər balalarımıza çörək verib, gör UEFA-ya getsə, nələr edəcək.

Dostum, belə baxanda, öz futbolçularımızdan da yarıya bilmirik. Buna Elxan müəllim neyləsin? Baş katib pis kadr olsaydı, federasiyada bu qədər komitə yaratmazdı ki... Keçən həftə daha bir veteran futbolçumuzun narkotiklə həbs olunması haqqında xəbər yayılan kimi AFFA-da yeni bir komitə də yarandı. AFFA yanında Narkotiklərlə Mübarizə Komitəsi üzümüzə gələn ildən fəaliyyətə başlayacaq. Deyilənə görə, komitə üzvlərinə özləriylə gəzdirməyə it də verəcəklər.

Dostum, millimiz haqqında yazdığın xoş sözlərdən çox təsirləndim. Arif Daşdəmirovun şəklini böyüdüb “blindaj”dan asmana heç də pis baxmıram. Necə də olsa, Dəniz Yılmazdan, Eddi İsrafilovdan, Ramil Şeydayev, Emin Mahmudovdansa, Arif Daşdəmirov yaxşıdı. Yazırsan ki, biz hərbçilər üzdə olan saqqala normal yanaşa bilmirik və Arifin portretində qəbul edə bilmədiyin təkcə budu. Qardaş, nə deyirsən, indi bir komitə də buna görə yaratsınlar? Sən sən ol, saqqal söhbətinə çox bağlanma.

Sənə keçən dəfə bütün klublar haqqında məlumat yazsam da, “Neftçi” barədə bir şey yazmadığımı bilirəm. Düşünmə ki, unutmuşam. Amma nə yazım? Sadıq Sadıqovun zamanında “Neftçi”yə baxırdın, futbolçusu maşınla adam vururdu, rəqib futbolçu xoşları gəlməyəndə oyundan sonra yığışıb qanına qəltan edirdilər, operatoru göydə təpik atırdı. İndi isə biri çiçək yığır, digəri şeir deyir, o biri lətifə danışır. Vaxtı ilə AFFA-nı, PFL-i “farağat” komandasında 12 saat saxlayıb “azad” komandası verməyən “Neftçi” rəhbərliyini indi Gəncədə “Gəncədən gəlirəm, yüküm xurmadı” mahnısı oxumadığına görə VİP-dən qovurlar.

Dostum, Gəncədə ümumiyyətlə futbolu festival səviyyəsinə gətiriblər. Uçmağı an məsələsi olan stadionun VİP tribunasında yaxında xoruz da döyüşdürəcəklər. Gördüyün kimi, klublarımızın hərəsində nəsə çatışmır. Bircə dişə batan “Qəbələ”di, onun da baş məşqçisini sonuncu dəfə futbol ictimaiyyəti “Novruz bayramı”nda görüb. Ukraynalı mütəxəssis söyüş söyə-söyə oturmadığı sektor saxlamayıb.

Əziz qardaşım, Ramin Musayev barədə sual verməsən də, bilirsən ki, onu unudası deyiləm. Ramin müəllimi heç soruşma. Musayevin bazarı elə bağlanıb, bir avtobusun ümidinə qalıb. Gürcüstan seriyalı, salonu qırmızı avtobus arada jurnalistləri səfərlərə aparır və o böyüklüyündə PFL avtobusun hesabına birtəhər ac-yalavac dolanır.

Ramil Diniyev üçün heç narahat olma. Diniyev Premyer Liqa matçlarını idarə edir və fiti ağzından düşmür. Əvvəllər matçlardakı mübahisəli epizodları telefonundan izləyən Xaqani Məmmədov üçün hakimlər yığışıb bilgisayar da alıb. Hakimlər Məmmədovun ad günündə ona eynək alacaqlarına da söz veriblər.

Pahh! Gör, nəyi unutmuşdum... Dostum, bütün dünyanın “stavka” verənləri, yarım əsrin qumarbazları yığışıb bizim birinci diviziondan baş çıxara bilmir. Burkina-Fasoda belə, hansı futbolçunun neçənci dəqiqədə sarı vərəqə alacağını bilən dünyanın dörd bir yanındakı qumarbazlar “Şərurspor”un hesabına müflis olub. Nəhayət, yığışıb FİFA-ya şikayət edən mərc həvəskarları müraciətlərinin sonunda maraqlı cümlə yazıblar: “Misir boyda ölkə niyə gəlib Azərbaycanda klub saxlayır ki, nəticələr də tərs-mayallaq gəlsin?!”. AFFA da tələsik hərəkətə keçərək, bir neçə klubun xadiməsini, bağbanını və sürücüsünü şübhəli oyunlarda təqsirkar bilərək, işindən uzaqlaşdırıb.

Ümumiyyətlə, son vaxtlar Premyer Liqamızın ölkə xaricində pərəstişkarları artıb. “ASVC” analitik şirkətinin məlumatına görə, təkcə “Qarabağ”la “Zirə” arasındakı matçları hər dəfə Səudiyyə Ərəbistanında ortalama 23 milyondan çox insan izləyir. Təsəvvur edirsən?

Bax, gör sənin üçün nə qədər təzə xəbər yazdım. Hə, qardaşım, daha nə deyim? Eşitdiyim, oxuduğum nə varsa, sənə ucundan-qulağından yazdım. Əsas odu ki, sən sağlam və möhkəm ol. Vətəni qorumaq ən ali vəzifədi. Oralarda internetin, “ağıllı telefonlar”ın qadağan olunmasına üzülmə. Bacardığım qədər səni məktubsuz, yəni xəbərsiz qoymacam. Öpürəm, cavabını səbirsizliklə gözləyirəm. Cavab məktubunu bildirişli et ki, mütləq mənə çatsın. Rabitə Nazirliyindən elə şeylər danışırlar ki, adam lap qorxur.

Künc yazısı: Dostum, birdən Gəncənin icra başçısı rəqib komandanın rəhbərlərini “rus ruleti” oynamağa məcbur etsə, necə olar?


 
tarix: 29-11-2016 15:10

 



Xəbərlər
30.04.2017
22:10 Budaq Nəsirov “Portu”ya qarşı oynadı
22:04 "Başakşəhər" intriqanı davam etdirdi
21:59 London derbisini "Tottenhem" qazandı
21:53 "Leyptsiq" autsayderlə bacarmadı, "Bavariya" çempion oldu
20:47 “Şah” çempion oldu
20:25 “Kadis” qalib gəldi, İsrafilov...
20:17 "Milan" "Krotone" ilə bacarmadı
20:06 Mövsümə qolsuz "sülh"lə yekun vuruldu
19:20 Nazarovdan "Aue"nin qələbəsinə töhfə
18:25 O, üsyan bayrağı qaldırdı: Buraxın, gedim!
17:22 “Malaqa” “Real”ın çempion olmasını istəyir - 1 milyon alacaq
16:27 Fanatlar tələb etdi - Hakimi bizə verin, onu öldürəcəyik
15:26 Şeyx bəyanat yaydı - Korrupsiya ittihamı ilə bağlı
14:50 İslamiada: Millimizin yekun heyəti açıqlandı - Siyahı
14:45 Millimiz yenə uduzdu
14:33 İlqar Nuriyev illər sonra açıqladı: “Gənclər” niyə “öldü”? - Yazı+Fotolar
13:55 “Kəpəz”, “Kəpəz” sədaları altında sağollaşma
13:20 “Böyük beşlik”də 4 çempionluq - Yalnız o bacarıb
12:51 “Qəbələ” mövsümü titulla başa vura biləcəkmi?
12:24 Günün oyunları - TV
11:31 Dadaşov qol vurdu, komandası...
10:14 Kliçko yenə məğlub oldu - Bu dəfə nokautla
06:31 Balotelli erməni modeli təhqir etdi: İyrəncdi! - Foto 
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
01:38 Emin Mahmudovlu "Boavişta" qalib gəldi
00:38 "Real" son dəqiqələrdə xilas oldu, "Barsa" derbini qazandı
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?
00:06 "Monako" 3 xalı 3 qolla qazandı
29.04.2017
23:41 "Kəpəz" artıq püxtələşib - Şahin Diniyev
23:02 “Traktorsazi” gerilədi
21:11 "Qəbələ" mövsümə məğlubiyyətlə yekun vurdu - Video
20:57 "Sumqayıt"dan daha bir müqavilə
20:48 Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu - Elxan Abdullayev 
20:41 Onu transfer etmək ehtimalımız azdı - Qurban Qurbanov 
19:32 Qriqorçukun statistikası - ...142 dəfə real, 100 faizlik qol vəziyyətini boşa vermişik 
19:12 Komandanın taleyinə bu həftə aydınlıq gələcək - Tərlan Əhmədov 
19:01 “Qəbələ” üçün vacib oyun olsaydı... - Samir Abasov 
18:53 Avroliqaya son "bilet" "Zirə"nin oldu
18:50 Avropa arenasında uğurlu çıxış etmək üçün... - Ayxan Abbasov 
18:38 "Zirə"ni Avroliqaya aparan qələbə - Video
17:26 Arsen Venger: İndi birdən-birə hamı narahat olmağa başlayıb
16:14 İkiqat çempionluq: Tarixdə 2-ci dəfə
15:32 “Çelsi” ona görə 43 milyon təklif etdi - “Napoli”yə
14:28 Onunla yalnız Teves kəllə-kəlləyə gələ bilərdi - Yazı+Fotolar
14:00 Yunanıstanda “qızıl” qazandıq
13:03 Bu gün qələbə qazanmalıyıq - “Kəpəz”in legioneri
12:04 “Sumqayıt”da yeni müqavilə
11:55 Günün oyunları - TV
10:46 Əhmədə görə araşdırma başladı - FİFA prezidentinə qarşı
10:09 Ronaldinyo “meydan suladı”, “Barsa” “Real”a qalib gəldi - Video
06:07 Məşqçi kimi çalışmaq oyunçu olmaqdan çətindi - İnzaqi 
03:12 “Tottenhem” “Uembli”yə köçür
00:08 Super Liqada çempion bəlli oldu - Ardıcıl 7-ci dəfə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az