Riberi: Ya Xavinin yanına, ya da…

Mövsümün sonunda “Bavariya”dan ayrılacaq Frank Riberiyə yeni təkliflər var.

Komanda.az xəbər verir ki, Qətər və Avstraliya klubları 36 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb.

Qətər təmsilçisi “Əl Sədd”in Riberi ilə ilkin danışıqlara başladığı bildirilir. “Əl Sədd”də “Barselona”nın keçmiş üzvü Xavi Hernandes də forma geyinir.

Avstraliyadan da bir klubun fransız futbolçuya rəsmi təklif göndərdiyi iddia olunur.

2007-ci ildən “Bavariya”da çıxış edən Riberi, mövsümün sonunda Münhen təmsilçisindən ayrılacağını açıqlayıb.