Xavi açıqladı: “Barselona”dan niyə imtina edib?

Hazırda “Əl-Sədd” komandasını çalışdıran “Barselona”nın keçmiş futbolçusu Xavi açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ernesto Valverdenin qovulmasından sonra Kataloniya klubundan gələn baş məşqçilik təklifindən imtina edən 40 yaşlı mütəxəssis, bunun səbəbini açıqlayıb:

“Barselona” rəsmiləri ilə görüşdüm və onlar mənə komandanın baş məşqçisi olmağı təklif etdilər. Bu təklifi qəbul etmədim, çünki bunun üçün hələ çox tez olduğunu düşünürəm. “Barselona” ilə bağlı xəyalım var, amma bu arzu gələcəkdə, mən hazır olanda reallaşacaq”.

İspaniyalı keçmiş futbolçu, “Barselona”nın baş məşqçisi təyin olunan Kike Setyen haqqında da danışıb:

“Yeni baş məşqçini çox sevirəm. Onun işləmək üslubunu və oyun anlayışını bəyənirəm. Ümid edirəm ki, “Barselona”da çox uğurlu olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button