Xarici KİV: “Barselona” Levandovski ilə müqavilə bağlayıb

“Bayern”in hücumçusu Robert Levandovski “Barselona”ya keçəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı polşalı futbolçu Kataloniya klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.

Bundan sonra “Barselona” hücumçunun transferi üçün Münhen klubu ilə danışıqlar aparmağa çalışacaq.

Levandovski bu mövsüm bütün turnirlərdə “Bayern”in heyətində 47 oyunda 50 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button