Xames Rodriqesdən açıqlama: “Bavariya”dan gedir?

Cari mövsümün sonunda “Bavariya” ilə icarə müqaviləsi bitəcək Xames Rodriqes gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə “Real”a məxsus olan kolumbiyalı yarımmüdafiəçi, Münhen klubunda xoşbəxt olduğunu deyib:

“Karyeramı hansı klubda davam etdirəcəyimi bilmirəm. “Bavariya”da xoşbəxt olduğumu deyə bilərəm, burda qalmaq istəyirəm. Gələn həftə nələr olacağını görəcəyik”.

“Real”ın 2014-cü ildə “Monako”dan transfer etdiyi 27 yaşlı futbolçu, 2017-ci ildən “Bavariya”da çıxış edir. O, bu mövsüm keçirdiyi 28 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.