“Xames mükəmməl futbolçudur, amma…” – Klub prezidenti

Bir müddətdir adı “Atletiko” ilə yanaşı çəkilən “Real”ın futbolçusu Xames Rodriqeslə bağlı açıqlama verilib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Atletiko”nun prezidenti Enriko Sereso, kolumbiyalı futbolçu üçün “kral klubu”na təklif göndərmədiklərini deyib:

“Atletiko” hər zaman möhtəşəm futbolçular transfer etmək istəyir. Xames də mükəmməl futbolçudur, amma hazırda onun üçün “Real”la danışıqlar aparmırıq”.

“Real”, “Napoli”nin də transfer hədəfində olduğu deyilən futbolçu üçün 42 milyon avro təzminat məbləği tələb edir.

Son iki mövsümü icarə əsasında “Bavariya”da keçirən 27 yaşlı futbolçu, geridə qalan mövsümdə iştirak etdiyi 28 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.