“Xalsız olması Azərbaycanın zəif olmasından xəbər vermir”

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliçin mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, xorvat mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

  • Azərbaycanla oyuna hazırlıq hansı səviyyədədir?
  • Qısa zamanımız var idi. Oyuna ciddi yanaşmalıyıq. Slovakiya ilə oyundakı kimi çıxış etsək, müsbət nəticə qazanacağımıza inanırıq. Səbrli olmalıyıq. Azərbaycana qarşı bizi çətin oyun gözləyir. Azərbaycanın xalsız olması, onun bu gücdə olduğu demək deyil.
  • Komandanı eyni səviyyədə saxlamaq baş məşqçilər üçün çətindir…
  • Bəli, futbolçularla danışmışıq, yenə danışacağıq. Sabah oyuna yaxşı başlamalıyıq, yoxsa çətinlik çəkəcəyik.
  • Sabahkı oyunda heyətdə dəyişiklik olacaqmı?
  • Son oyunla müqayisədə çox dəyişiklik etməyi düşünmürəm. Böyük ehtimalla, çox dəyişiklik olmayacaq.
  • Son 5 ildə Xorvatiya Azərbaycanla görüşlərdə iki 4:0 hesablı qələbədən sonra iki oyunda bir heç-heçə edib, bir də çətinliklə qələbə qazanıb. Bunun təsiri olacağını düşünürsüzmü?
  • Komanda olaraq məqsədimiz Avropa Çempionatına qatılmaqdır. Statistikanı ciddiyə almırıq. 15 xal toplasaq, məqsədimizə çatmaq üçün kifayət edəcək.
  • Bəzi əsas oyunçuların olmaması sabahkı oyunun taktiki gedişinə necə təsir edəcək?
  • Bu suallar yerli mətbuatda da verilirdi. İtkilər bizə çox təsir etmir. Əlimizdə olan heyətlə sabahkı oyuna köklənməliyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button