“Xal itirməyimizin səbəbinin bu olduğunu demirəm, amma…” – Qvardiola

İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Vest Hem”lə 1:1 hesablı heç-heçəyə razılaşan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis, heyətdəki itkilər və nəticə barədə danışıb:

“Oyuna yaxşı başladıq. Rəqib əldə etdiyi ilk fürsətdə qol vurdu. Biz isə yaratdığımız 3-4 şansı qola çevirə bilmədik.

Qabriel Jesus və Kevin de Bruyne zədələndi, Serxio Aquero dörd ay oynamadı, İlkay Gündoğan koronavirusa yoluxdu. Üç gündən bir oyun keçirmək üçün heyətdəki bütün futbolçulara ehtiyacınız var. Xal itirməyimizin səbəbinin bu olduğunu demirəm, amma bu, reallıqdır. Uğurlu nəticələrin olmasını istəyərdik. Zədələr, haqsızlıq və çətin oyunlardan sonra artıq mübarizə zamanıdır. Futbolçularımız sağalır və növbəti oyunlara köklənirik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button