Xabi Alonsonun yeni yeri bilindi – Rəsmi

“Real”ın U-13 komandasını çalışdıran Xabi Alonsonun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis “Real Sosyedad” klubunun ikinici komandasına baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alonso ilə 2 illik müqavilə imzalanıb.

Xabi, 1999-2004-cü illər aralığında “Real Sosyedad”da forma geyinib. Daha sonra “Liverpul” və “Real”da çıxış edən Alonso, 2017-ci ildə “Bavariya”da futbolçu karyerasını bitirib.

37 yaşlı mütəxəssis 2018-ci ilin avqustunda “Real”ın U-13 komandasına baş məşqçi təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button