“Xəzər Lənkəran”ın “Madmazel”i, Madridin “Kiçik Şeytan”ı – Yazı+Fotolar

Futbol dünyasında bir çox futbolçunun qəribə və maraqlı ləqəbi olub.

Komanda.az keçmiş və hazırda karyerasını davam etdirən futbolçulardan bəzilərinin ləqəbləri ilə bağlı yazını təqdim edir:

“İmperator”

Deyilənə görə, Frants Bekkenbauerin formasını geyindiyi “Bayern” (Münhen) yoxlama oyunları keçirmək üçün Vyanaya gedir. Komanda təlim-məşq toplanışında olarkən Bekkenbauer Avstriyanın keçmiş imperatoru Frantsın büstünün yanında şəkil çəkdirir. Daha sonra jurnalist Stepp Graff bir məqaləsində həmin foto haqda yazarkən, Frants Bekkenbauer barədə “Futbol İmperatoru” ifadəsini işlədir.

“Traktor”

“Cüzeppe Meatsa” stadionunun qazonunda ayağını basmayan yer buraxmayan Xavyer Zanetti, meydançanın sağ tərəfində oyun ərzində dəfələrlə gedib-qayıtmasına və keçilməz bir müdafiəçi olmasına görə ”Traktor” ləqəbini alıb.

“Batiqol”

“Futbol oynarkən heç vaxt əylənmədim, xoşbəxt deyildim. İki gol vursaydım, üçüncünü vurmaq istəyirdim. Hər zaman daha çoxunu istədim” sözləri ilə ləqəbinin haqqını verib Qabriel Batistuta.

“Berlin Divarı”

Gücü, futboldakı əzmi ilə xatırladığımız italyan futbolçu Fabio Kannavaro, DÇ-2006-da Almaniyada əla bir performans sərgiləyərək, azarkeşlər tərəfındən “Il muro di Berlino”, yəni “Berlin Divarı” ləqəbini alıb.

“Madmazel”

Futbol camiəsındə əfəndiliyi və centlmenliyi ilə bilinən Oğuz Çətin, futbol oyunlarında ən az vərəqə görən futbolculardan olub. Bu üzdən də, bu ləqəbə layiq görülüb. Oğuz Çətin vaxtı ilə Azərbaycanda – “Xəzər Lənkəran” klubunda da məşqçi kimi çalışıb.

“El Matador”

Güc, tarazlıq, qol duyumu – hamısı bir arada. Edinson Kavani formasını geyindiyi bütün komandalarda ən çox qol vuran futbolçulardan biri olmağı bacarır.

“Kiçik Şeytan”

Sürət, futbol zəkası və müdhiş sol ayaq. Başqa nə demək olar ki? Madrid “Atletiko”sunun azarkeşləri hələ Antonio Qrizmann onların komandasına transfer olmadan əvvəl bacarıqları səbəbiylə ona “Kiçik Şeytan” ləqəbini uyğun görmüşdülər.

“Hindistan Cevizi”

Erik Lamela “River Pleyt”in əfsanəvi oyunçularından sayılan Ariel Orteqadan sonra “10 nömrə”yə layiq görülən futbolçu oldu. Avropada, xüsusən də, “Tottenhem”də forma geyinərkən ondan gözlənilənləri tam verməsə də, hələ də vətəni Argentinada onu “Hindistan Cevizi” (El Coco) ləqəbiylə çağırırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button