“Xəzər Cənub” EKOL-u da büdrətdi

Bu gün futzal üzrə Yüksək Liqada 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk matçda lider autsayderlə üz-üzə gəlib. “Araz”ın böyükhesablı qələbə qazanacağı gözlənilən idi. Elə fasiləyə qədər vurulan qollar da proqnozu doğruldub. “Yasamal” İSK 4 dəqiqə dözüb. Sonra təcrübəli “Araz” qolları sıralayıb. Düzdü, “Yasamal” İSK hesabda göründüyü kimi mübarizəsiz təslim olmayıb. Debütant imkanları daxilində müqavimət göstərib. Hesabın gətirdiyi rahatlıq, eləcə də autsayderin irəli atılması fərqin 7 topa enməsinə səbəb olub. Sonrakı dəqiqlərdə “Araz” topa nəzarət edən və hücumlar quran tərəf olsa da, rəqib torunu 33-cü dəqiqədə silkələyib.

Turun mərkəzi oyununda EKOL “Xəzər Cənub”la üz-üzə gəlib. Hər iki komanda demək olar, meydana optimal heyətlə çıxıb. EKOL-dan yalnız Ramiz Çovdarov cəzalı olduğuna görə matçı buraxıb. Arxada qalan 3 oyunda EKOL 4:3, “Xəzər Cənub” isə 5:2 hesabı ilə qələbə qazanmışdı. İkinci dövrədəki duel isə 3:3 hesabı ilə yekunlaşmışdı. Oyuna EKOL fəal başlayıb və ilk ciddi hücumda rəqib torunu silkələyib. Sonrakı dəqiqələrdə nominal meydan sahibləri nisbətən üstün oynasa da, Lənkəran təmsilçisi status-kvonu bərpa edə bilib. Az sonra Ə.Abasovun kobud oyununa görə hakim penalti təyin edib ki, Surqalı dəqiq oynamaqla komandasını hesabda önə keçirib. “Xəzər Cənub” üstünlüyü 2 topa çatdıra bilərdi. Ancaq 16-cı dəqiqədə təyin olunmuş 10 metrlik zərbəni Kürdov geri qaytarıb. O, Rəşidin də təkrar zərbəsini zərərsizləşdirməyi bacarıb. Həmin dəqiqədə nominal qonaqlar üstünlük qazanıb və penaltini qola çevirib. 17-ci dəqiqədə bu dəfə Radik Əhmədov 10 metrlik fürsətdən toru silkələyə bilməyib. Əhmədov az sonra analoji vəziyyəti də boşa verib. İkinci hissədə “Xəzər Cənub” üstünlüyünü 2 topa çatdırıb. Behzad baxımlı qol vurmaqla adını tabloya yazdırıb. Bundan sonra EKOL rəqibini təzyiq altında saxlasa da, 35-ci dəqiqədə fərqi minimuma endirib. Təcrübəli Məmmədkərimov 39-cü dəqiqədə hesaba tarazlıq gətirib. Ancaq son dəqiqədə 2 qol vuran debütant rəqibi üzərində mövsümdə ikinci qələbəsini qazanıb.

Tura liderin ən yaxın izləyicisi “Neftçi” və aşağı pillədə qərarlaşmış “Liman”ın qarşılaşması ilə yekun vurulub. Böyükhesablı qələbə “Neftçi”yə mövqeyini qorumaq imkanı yaradıb.

Yüksək Liqa, 24-cü tur

2 aprel

Araz – Yasamal İSK 12:3
Qol
: O. Rüstəmli, 03:43, 09:31, 11:15, M. Nasirzadegah, 05:15, 08:50, S. Cavid, 06:01, M. Neyməti, 06:43, 32:25, N. İsmayılov, 12:23, X. Bağırov, 12:40, E. Həsənzadə, 38:09, 39:37 – V. Səfərov, 19:39, M. Eyniyev, 21:04, İ. Məmmədov, 39:47.
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Vüsal Balaşov.
Bakı İdman Sarayı. Saat 12:30.

EKOL – Xəzər Cənub 3:5
Qol
: F. Atakişiyev, 02:02, Faiq Əliyev, 35:25, N. Məmmədkərimov, 38:45 – Ş. Şahnazi, 13:05, 39:33, İ. Surqalı, 14:44 (pen), B. Şebli, 24:24, 39:46.
Hakimlər: Ramiz Məhərrəmov, Azad Hüseynov, Ramil Namazov.
Bakı İdman Sarayı. Saat 14:30.

Neftçi İK – Liman 23:2
Qol
: R. Balakişiyev, 00:22, 01:07, 01:35, 25:57, 33:04, V. Borisov, 02:42, 09:13, 10:55, 24:35, O. Baxşəlizadə, 03:55, S. Şahnazi, 05:00, 12:40, 15:23, 21:30, 38:25, V. Xocayev, 07:39, 37:50, R. Fərəczadə , 24:11, T. İsmayılov, 29:46, 32:26, 33:26, 37:30, Ə. Əjdərov, 31:46 – P. Tanırverdiyev, 22:00, 30:14.
Hakimlər: Fuad Həsənov, Kənan Məlikov, İsgəndər Əliyev.
Bakı İdman Sarayı. Saat 16:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button