Xətai Bağırovdan Taylandda uğurlu debüt

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov karyerasını Taylandın “Sisaket” klubunda davam etdirir.

Komanda.az xəbər verir ki, dünən yeni komandasının heyətində “Bangkok City”lə oyuna çıxan və debüt edən forvard 5:3 hesablı qələbədə pay sahibi olub.

O, dördüncü qolun ötürməsini edib, beşinci qolun isə müəllifi olub.