Vüqar Nadirovun komandasının oyunu “CBC Sport”da!

Futbol üzrə Region Liqasının növbəti turunun əsas qarşılaşması “CBC Sport” telekanalında yayımlanacaq.

Komanda.az xəbər verir ki, Region Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”ın keçmiş futbolçusu Vüqar Nadirovun da şərəfini qoruduğu “FC Baku” “Uğur Sumqayıt”ın qonağı olacaq. Bu oyun “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

İlk dövrədə keçirilən oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək oyun fevralın 8-də, saat 14:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button