Vüqar Məmməd: Görüş üstünlüyümüz şəraitində keçsə də…

Bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində “Krasnodar-3” komandası ilə qarşılaşmadan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd affa.az-a fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Məmməd 1:1 hesablı heç-heçə ilə bitən matçı belə şərh edib:

“Plan üzrə oyun dünən keçirilməli idi, ancaq əlverişsiz hava şəraiti ilə əlaqədar “Krasnodar-3” komandası ilə bu gün qarşılaşdıq. Görüş üstünlüyümüz şəraitində keçsə də, düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik. Yoxlama oyunları olsa da, bizim üçün vacibdir və bütün görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq. Məqsəd yaxşı oyun göstərmək, çatışmazlıqları aradan qaldırmaqdır. Komandaya yeni futbolçular dəvət olunub. Planımda qarşıdakı oyunlar zamanı heyətin bütün üzvlərinə özlərini göstərmələri üçün şans vermək var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button