“Vulverhempton”da yeni futbolçu

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Anje” klubunun sol cinah müdafiəçisi Rayan Ait Nurini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı Əlcəzair əsilli fransalı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.

“Anje”nin yetirməsi olan futbolçu 2016-cı ildən bu klubdadır. 2018/19 mövsümündən isə o, bu klubun əsas komandasında çıxış etməyə başlayıb. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinən futbolçu bu mövsüm “Anje”də 3 oyuna çıxmışdı.

“Vulverhempton” öz sol cinah müdafiəçisi Ruben Vinaqreni isə Yunanıstanın “Olimpiakos” klubuna icarəyə verib. 21 yaşlı portuqal futbolçu 2017-ci ilin yayında “Monako”dan İngiltərə təmsilçisinə transer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button