80 milyon funt-sterlinq qiymət qoydular – ayrılmasını istəmirlər

İngiltərənin “Vulverhempton” klubu son vaxtlar adı bir neçə klubla yanaşı çəkilən Raul Ximenesin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub, 28 yaşlı futbolçunun ayrılmasını istəmir. İngiltərə təmsilçisi hücumçunun təzminat məbləğini 80 milyon funt-sterlinq müəyyənləşdirib. “Vulverhempton”un yüksək məbləğ istəyərək, Ximenesi komandada saxlamağa çalışdığı bildirilir.

“Real”, “Mançester Yunayted” və “Arsenal”ın meksikalı futbolçunu heyətinə qatmaq istədiyi deyilir.

Ximenesin “Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button