Vlahoviç: “Azərbaycanla matçda het-trik edə bilərdim”

Futbol üzrə Serbiya yığmasının hücumçusu Duşan Vlahoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Oyuna nəzarət tamamilə bizdə idi. Xeyli sayda qol epizodu yaratdıq. Daha çox qol vura bilərdik. Əsas odur ki, 3 xal qazandıq və Portuqaliyaya final oynamağa gedəcəyik”.

Qarşılaşmada dubl edən 21 yaşlı hücumçu öz çıxışından razı qalmadığını bildirib: “Meydanda maksimum gücümü ortaya qoymalıyam. Bu gün daha yaxşı oynaya, het-trik edə bilərdim. Şükürlər olsun ki, matçı zədəsi və 3 xalla başa vurduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button