Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

İrlandiyanın “Dandalk” klubunun baş məşqçisi Vinni Pert UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis bu gün təşkil olunan mətbuat konfransında da əvvəlki açıqlamalarında olduğu kimi, “Qarabağ” haqda müsbət fikirlər söyləyib

“Çox çətin sınaq olacaq. “Qarabağ”la oyunda səbirli olmalıyıq. Rəqibin topa daha çox nəzarət edəcəyini başa düşməliyik. Buna uyğun taktika seçməliyik. Bizim də yaxşı hücumçularımız var. Ancaq avrokuboklarda qol vurmağımız problemdi. Fikrimcə, “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridi. Onların texniki ustalıqlarını qeyd edərdim. “Qarabağ”ın bu cəhəti onları digər rəqiblərimizdən üstün edir. Son vaxtlar İrlandiya futbolunda vəziyyət yaxşı deyi. Ötən həftə “Riqa”nı keçməyimiz bizdə nikbinlik yaradıb. Məqsədimiz bunu sabah da davam etdirməkdi. Qalib gəlmək şansımız var. Ancaq çox çətin olacağını bilirik. Səviyyəmizi artırmalıyıq. Ötən həftə uğurumuza görə bizi təbrik edənlər sabah bir yerə yığılsa, kifayət qədər dəstəyimiz olacaq. Bura kiçik şəhərdi. Təxminən 40 min nəfər yaşayır. Ötən həftə bu insanların yarısı bizi dəstəklədi”.