“Vilyarreal”la “Makkabi”yə də qalib gəlmək istəyirik”

Türkiyənin “Sivasspor” klubunun yarımmüdafiəçisi Yasin Öztekin Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Son həftələrdə istədiyimiz oyunu meydanda sərgiləyə və uğurlu nəticə əldə edə bilmirdik. Artıq 2-3 oyundur yaxşı mübarizə aparırıq və uğurlu nəticələr də əldə etməyə başlamışıq. “Qarabağ”la oyun ölkəmiz və “Sivasspor” üçün çox önəmli idi. Qələbə qazandığımız üçün xoşbəxtik. Önümüzdə 2 final görüşü var. “Vilyarreal” və “Makkabi” üzərində də qələbə qazanmaq istəyirik”.