İspaniya kubokunda 1/4 finalçılar müəyyənləşdi

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Öncə “Valyadolid” “Levante” ilə münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matçda qonaqlar qələbəyə sevinən tərəf olublar.

“Vilyarreal” səfərdə “Jirona”nı minimal hesabla üstələməklə növbəti 1/4 finalçı olub.

Günün digər matçı “Betis”lə “Real Sosyedad” arasında baş tutub. Qələbəni əlavə vaxtda təmin edən “Betis” növbəti mərhələyə yüksəlib.

İkinci oyun günündə daha üç görüş baş tutub. “Sevilya” “Valensiya” səddini darmadağınla keçib. Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Barselona” da sürprizə imkan verməyib. “Almeriya” – “Osasuna” görüşündə isə əsas və əlavə vaxtda hesab açılmayıb. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Almeriya” növbəti mərhələyə vəsiqə qazanıb.

Sonuncu gündə iki görüş baş tutub. Səfərdə “Navalkarnero” ilə qarşılaşan “Qranada” 6 cavabsız qola sevinib. “Alkoyano”nun qonağı olan “Atletik” isə çətin qələbə qazanıb.

İspaniya kuboku
1/8 final

26 yanvar

Valyadolid – Levante – 2:4
Qol: Toni, 13. Vaysmann, 65 – Bardi, 23. Malsa, 45. Koke, 59.

Jirona – Vilyarreal 0:1
Qol: Pino, 19.

Betis – Real Sosyedad 3:1
Qol: Kanales, 79. B.İqlesias, 96; 111 – Oyarzabal, 13.

27 yanvar

Sevilya – Valensiya 3:0
Qol
: De Yonq, 20; 33. Rakitiç, 38.

Almeriya – Osasuna 0:0 (penaltilər 5:4)

Rayo Valyekano – Barselona 1:2
Qol
: F.Qarsiya, 63 – Messi, 69. De Yonq, 80.

28 yanvar

Navalkarnero – Qranada 0:6
Qol
: Sançes, 9. Soro, 24. Fede, 32. Soldado, 34. Fulkye, 72. Molian, 78.

Alkoyano – Atletik 1:2
Qol
: Karbonell, 39 – Vilyalibre, 53. Uilyams, 78.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button