“Vilyarreal”ın kolumbiyalı forvardı “Qarabağ”la oyunu buraxacaq

İspaniya La Liqasının 11-ci turunun “Real Sosyedad”la oyununda zədələnmiş “Vilyarreal”ın hücumçusu Karlos Bakkanın durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, kolumbiyalı futbolçunun sol ayaq əzələsində yırtıq aşkarlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı forvardın bərpa müddəti dəqiq bilinmir. Amma İspaniya mətbuatı təcrübəli oyunçunun ən azı 3-4 həftə meydanlardan kənarda qalacağını yazıb. Bu isə o deməkdir ki, Bakka Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”la ev oyununu da buraxmalı olacaq.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 24:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button