Xavidən keçmiş komanda yoldaşına dəvət

“Vilyarreal”ın futbolçusu Santi Kasorla karyerasını Qətərdə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Əl Sədd” klubu 35 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Əl Sədd”in baş məşqçisi Xavinin Kasorlanı öz komandasında görmək istədiyi bildirilib.

Kasorlanın “Vilyarreal”la müqaviləsi mövsümün sonuna qədərdir. Xavi və Kasorla İspaniya milli komandasında birgə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button