“Vilyarreal”ın futbolçuları “Qarabağ”la oyundan danışdılar

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Vilyarreal” klubunun futbolçuları bu oyundan öncə fikirlərini bölüşüblər.

Komanda.az xəbər verir ki, Fransis Koklen, Mario Qaspar və Visente İborra klubun rəsmi saytına açıqlamasında uğurlu startın davamını gətirməyə kökləndiklərini bildiriblər:

Fransis Koklen: “Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdır. İlk oyunda “Sivasspor” üzərində qələbə qazandıq. Hazırda 3 xalımız var. Qrupdan çıxmaq üçün bu vəziyyəti saxlamaq istəyirik”.

Mario Qaspar: “Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkmişik. Bu dəfə yaxşı nəticəyə ümid edirəm. Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir”.

Visente İborra: “Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. Başa düşməliyik ki, bizi çox çətin oyun gözləyir”.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button