“Vilyarreal” “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Vilyarreal” klubunda zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, La Liqa əmsilçisinin iki oyunçusu – Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçı buraxacağı dəqiqdir. Həmçinin Pervis Estupinyan çox güman, meydana çıxa bilməyəcək.

Əvəzində Jerar Moreno və koronavirusdan sağalmış Sofian Şakla sıraya qayıdıb. Dizində zədəsi olan Funes Morinin isə oyuna kimi hazır olub-olmayacağı sual altındadır.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.