Bu gün “Vilyarreal”a keçəcək – “Liverpul”un futbolçusu

İspaniyanın “Vilyarreal” klubunun Alberto Moreno ilə yaxından maraqlandığını xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, son mövsümü “Liverpul”da keçirən 26 yaşlı futbolçu, İspaniya klubuna keçməyə yaxındır. Bu gün “Vilyarreal”ın Morenonu tibbi müayinədən keçirdikdən sonra onunla müqavilə imzalayacağı bildirilir.

Moreno ilə imzalanacaq müqavilənin 5 illik nəzərdə tutulacağı gözlənilir.

2014-cü ildən “Liverpul”un şərəfini qoruyan ispan futbolçu, son mövsümdə Mersisayd təmsilçisinin heyətində 5 matçda iştirak edib.