Villian “Çelsi”dən ayrıldı

“Çelsi”nin futbolçusu Villian London klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Braziliya millisinin üzvü 2013-cü ildən London klubunda çıxış edirdi. O, 7 il idi formasını geyindiyi klubla müqaviləsini yeniləmək istəməyib.

Villianın karyerasını “Arsenal”da davam etdirəcəyi iddia olunur.