Villaş-Boaş: “İstəsələr, onlarla görüşə bilərəm”

“Çelsi”nin sabiq baş məşqçisi Andre Villaş-Boaş Fransanın “Marsel” klubunu çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis “Lequipe” nəşrinə açıqlamasında deyib. O, “Marsel” rəhbərliyindən təklif gələcəyi halda, onlarla görüşəcəyini bildirib:

“Marsel”də işləyə bilərəm. Rudi Qarsiya ilə yollarını ayıracaqlarını açıqlayıblar. “Marsel”in idman direktoru Andoni Subisarretanı da yaxından tanıyıram, onunla əlaqəmiz var. “Marsel” rəhbərliyi istəsə, onlarla görüşə bilərəm”.

Məşqçilik karyerası ərzində “Portu”, “Çelsi”, “İnter”, “Tottenhem”, “Zenit” kimi klublarda çalışan Villaş-Boaş hazırda işsizdir.