“Viktoriya”nın Bakıya səfər proqramı açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) komandasının Bakıya səfər planı açıqlanıb.

Komanda.az xəbər verir ki, Plzen təmsilçisi avqustun 16-sı səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək.

Bu barədə klubun rəsmi saytı məlumat ayıb. Saat 19:45-də Bakıda “Viktoriya”nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Ardınca isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Cavab qarşılaşması isə ayın 23-də Plzendə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button