“Viktoriya” “Qarabağ”la oyuna itki ilə çıxacaq

Çexiyanın “Viktoriya” klubu “Qarabağ”a qarşı Çempionlar Liqası pley-off mərhələsinin cavab matçına ciddi itki ilə çıxacaq.

Komanda.az xəbər verir ki, Plzen təmsilçisinin kapitanı Lukas Heyda cəzalı duruma düşüb. 32 yaşlı mərkəz müdafiəçisi ilk matçda (0:0) sarı vərəqə alıb. Beləliklə, bu mövsüm 3-cü dəfə “sarı” alan futbolçu bir oyunu buraxmalı olacaq.

“Viktoriya” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button