Vidal açıqladı: “Barselona”dan ayrılır?

Yay transfer dövründə “Barselona”dan ayrılacağı deyilən Arturo Vidal açıqlama verib.

Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabından canlı yayım edən 33 yaşlı futbolçu, Kataloniya klubunda xoşbəxt olduğunu bildirib:

“Barselona”da çox xoşbəxt və rahatam. Təbii ki, karyerama burda davam etmək istəyərəm. İndi özümü həmişəkindən daha hazırlıqlı hiss edirəm. Yaxşı komandam və dostlarım var. Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Bütün karyeram boyunca özümü hazırlamaq üçün heç zaman bu qədər vaxtım olmayıb. Karyeramı mümkün qədər uzada bilmək üçün bir plan hazırlamışam. Həm La Liqada, həm də Çempionlar Liqasında oyunlara hazıram”.

Çilili futbolçunun “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button