“Beşiktaş”la VİDAlaşır

“Beşiktaş”ın xorvatiyalı müdafiəçisi Domaqoy Vida 4.5 mövsümdür formasını geyindiyi Türkiyə klubundan ayrılır.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Super Liqada 2021/22 mövsümü bitən kimi İstanbul təmsilçisini tərk edəcək.

O, artıq klubdakı bütün dostlarına növbəti mövsümdə “Beşiktaş”da olmayacağını bildirib. Vidanın hətta klubdakı bütün işçilərə xatirə hədiyyəsi verdiyi də bildirilir. O, klub əməkdaşlarına imzalı formasını və bahalı telefon hədiyyə edib. Hədiyyələrin ümumi məbləğinin 336 min TL təşkil etdiyi iddia olunur.

Xatırladaq ki, Vida 2018-ci ildə Kiyev “Dinamo”sundan “Beşiktaş”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button