Veynaldum İtaliya klubuna keçə bilər

“Milan” bu yay PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldumu transfer edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, daha əvvəl parislilər futbolçu ilə ayrılmağa hazır olduqlarını bildirərək, “Milan”a onu almağı təklif etmişdilər. Milan klubu hələ də bu variantı nəzərdən keçirir.

Veynaldumun transfer qiyməti 18 milyon avrodur. Onun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

31 yaşlı niderlandlı futbolçu ötən mövsüm Liqa 1-də 31 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button